İordan çayının qərb sahilində 622 fələstinli öldürülüb
(last modified Thu, 29 Aug 2024 09:27:26 GMT )
Avq 29, 2024 13:27 Asia/Baku
  • İordan çayının qərb sahilində 622 fələstinli öldürülüb

Birləşmiş Millətlər Təşkilatı 2023-cü ildən bəri İordan çayının qərb sahilində 622 fələstinlinin öldüyünü bildirib.

 

BMT-nin İşğal olunmuş Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsindən bildirilib ki, 7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahilində və Şərqi Qüdsdə ən azı 622 fələstinli həyatını itirib.

Hesabatda göstərilir ki, onlardan 136 nəfəri İsrailin hava hücumları nəticəsində şəhid olub.

Hesabatda həmçinin qeyd edilir ki, 7 oktyabr 2023-cü il və 26 avqust 2024-cü il tarixləri arasında İordan çayının qərb sahilində 3300-dən çox fələstinli evlərindən didərgin düşüb.