Sen 13, 2024 17:47 Asia/Baku
  • Cənubi Qafqazda silahlanma rəqabəti qızışır

Ermənistan Hindistandan əlavə texnika almaq istəyir

Ermənistan Hindistandan artilleriya qurğularının əlavə partiyasını almaqda maraqlıdır.

Bu məlumata əsasən, Ermənistan dəyəri təxminən 250 milyon dollar olan "Pinaka" çoxlüləli raket qurğularına da maraq göstərib.

Hindistanın Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sucan Çinoy "Sputnik Ermənistan"a açıqlamasında bildirib ki, Dehli artıq İrəvana "Swathi" radiolokasiya sistemlərini göndərib, müqavilənin dəyəri 40 milyon dollar təşkil edib.

Baş direktor əlavə edib ki, Hindistanın Reaktiv Yaylım Atəş Sistemi dünyada ən yaxşı sistemlərdən biridir və onlara böyük tələbat var.

Bundan əvvəl KİV-də İrəvanın hələ 2022-ci ildə Dehlidən 155 milyon dollar dəyərində yedəkli artilleriya sistemləri sifariş etməsi ilə bağlı məlumat yayılmışdı. 6 ədəd 155 mm-lik yedəkli haubitsaların ilk partiyası 2023-cü ilin avqust ayında çatdırılıb.

Xatırladaq ki, 2024-cü ildə Ermənistan və Hindistan müdafiə nazirlikləri arasında aparılan danışıqlardan sonra 2024-2025-ci illər üçün Əməkdaşlıq Planı imzalanıb, eləcə də birgə işçi qrupunun yaradılmasına dair qərar qəbul edilib.