Rafael Grossi İranın nüvə nailiyyətləri ilə tanış olub
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Avstriyanın paytaxtı Vyanada keçirilən konfransında “İranda nüvə texnologiyasının əlli ili və uğurlar”adlı sərgiyə baxış keçirib.
Rafael Grossi İranın Atom Enerjisi Təşkilatının vitse-prezidenti və rəhbəri Məhəmməd İslami ilə birlikdə bu sərgiyə baxış keçirərəkən İranın dinc nüvə sahəsində əldə etdiyi son nailiyyətlərlə yaxından tanış olub.
Bu tədbir Atom Enerjisi üzrə nüvə elektrik stansiyaları, tədqiqat reaktorları, nüvə yanacaq dövrü və radiasiyadan istifadəsi problemləri və həll yolu mövzusunda keçirilən Beynəlxalq Agentliyin Baş Konfransının 68-ci illik iclası çərçivəsində baş tutub.
Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş Konfransında iştirak edir. O, bu konfransda çıxış etməklə yanaşı, müxtəlif ölkələrin yüksək vəzifəli rəsmilərlə də görüşlər keçirəcəyi gözlənilir.