Zelenski bu gün İstanbula səfər edəcək
Türkiyə mediası Vladimir Zelenskinin cümə günü bu ölkəyə səfəri barədə məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün İstanbula səfər edəcək.
Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.Səfər çərçivəsində iki ölkə liderləri arasında məhdud və geniş tərkibdə danışıqlar planlaşdırılır.
R.T.Ərdoğan və V.Zelenski Rusiya-Ukrayna münaqişəsi, taxıl müqaviləsi, eləcə də ikitərəfli münasibətləri müzakirə edəcəklər.
Məlumata görə, İstanbulda iki ölkə liderləri arasında təkbətək və geniştərkibli görüşlər olacaq. Tərəflər Ukrayna müharibəsi ilə bağlı son durum və “Taxıl sazişi”ni müzakirə edəcəklər.
Qeyd edək ki, bu görüş Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO liderlərinin sammitindən bir qədər əvvələ təsadüf edir.