Rəisi Türkiyəyə səfər edəcək
İran prezidenti öz türkiyəli həmkarının dəvəti və rəsmi səfər məqsədilə sabah yüksək səviyyəli siyasi-iqtisadi nümayəndə heyətilə Türkiyənin paytaxtı Ankaraya yola düşəcək.
Ayətullah Seyid İbrahim Rəisi bu səfərdə Rəcəb Tayyıb Ərdoğan tərəfindən rəsmi şəkildə qarşılandıqdan sonra onunla xüsusi görüş keçirəcək. Sonra iki prezidentin həmsədrliyi ilə İran-Türkiyə ali əməkdaşlıqlar şurasının səkkizinci iclası keçiriləcək.
Daha sonra, prezidentlər mediaların iştirakı ilə keçiriləcək mətbuat konfransında öz məşvərətlərinin nəticələrini şərh edəcəklər.
Həmçinin sözügedən səfər zamanı iki prezident İran və Türkiyənin iş adamları və iqtisadi fəallarının birgə yığıncağında iştirak edəcək. İran prezidenti Türkiyədə yaşayan iranlılarla da görüşəcək.
Qeyd edək ki, İran-Türkiyə ali əməkdaşlıqlar şurasının yeddinci iclası iki min iyirmi ikinci il iyulun on doqquzunda/ Türkiyə prezidentinin Tehrana rəsmi səfəri zamanı keçirilib. Tərəflər həmin iclasda idman, mədəniyyət, siyasət, təhlükəsizlik, infrastruktur və iqtisadiyyat sahələrində əlaqələrin yüksəldilməsi və münasibətlərin inkişaf etdirilməsi barədə razılığa gəldilər.
Qarşıdakı səfər/ yanvarın beşində keçirilməli idi, lakin Kirmanda törədilən terror cinayətinə görə, bu səfər təxirə salındı.