-
İran Qəzzanı təmizləmək və Amerika tərəfindən ələ keçirilməsi planını qəti şəkildə rədd edib
Fev 06, 2025 09:41Xarici İşlər Nazirliyinin sözçüsü Qəzzənin təmizlənməsi və Amerika tərəfindən ələ keçirilməsi planını qətiyyətlə rədd edərək, belə bir fikrin ifadəsini təəccüblü və sionist rejimin Fələstini məhv etmək planına uyğun hesab edib.
-
Yeni nəsil Bavər 373 raket kompleksinin görüntüləri yayıldı
Fev 05, 2025 15:20İslam Respublikası Ordusunun hava hücumundan müdafiə manevrinin son mərhələsində Bavər 373 sisteminin yeni nəsli ilk dəfə olaraq nümayiş etdirilib.
-
Tramp anti-İran memorandumu imzalamaqla İran prezidenti ilə danışmağa hazır olduğunu açıqlayıb
Fev 05, 2025 10:53Yerli vaxtla çərşənbə axşamı (4 fevral 2025-ci il) Amerika Birləşmiş Ştatlarının respublikaçı prezidenti Donald Tramp maksimum təzyiq siyasətini davam etdirmək üçün memorandum imzalayıb və İran prezidenti ilə danışmağa hazır olduğunu iddia edib.
-
Əraqçi Livanda milli anlaşma mühitinin saxlanmasının vacibliyini vurğulayıb
Fev 05, 2025 10:51İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi milli razılaşma və bütün Livanın siyasi qrup və fraksiyalarının iştirakı və effektiv rol oynaması nəticəsində bu ölkədə siyasi prosesin başa çatdırılması və yeni prezidentin seçilməsi üçün Livana dəstək verməklə bağlı Tehranın prinsipial siyasətini diqqətə çatdırıb və öz məmnunluğunu ifadə edərək, hökumətin yeni formalaşma mərhələsində milli anlaşma mühitinin qorunmasının vacibliyini vurğulayıb.
-
Sepahın dəniz qüvvələrinin gəmisi Şarce limanında lövbər saldı
Fev 04, 2025 10:55İran və BƏƏ arasında müdafiə və hərbi əməkdaşlığın inkişafı prosesinin davamı olaraq, Sepah dəniz qüvvələrinin gəmisi Xalid Şarce limanına daxil olaraq orada lövbər salıb.
-
Pezeşkiyan: Regionun sərhədlərinin dəyişdirilməsi qətiyyən yolverilməzdir
Fev 04, 2025 07:23Prezident region ölkələrinin ərazi bütövlüyünün qorunub saxlanmasını İran İslam Respublikasının xarici siyasətinin əsas prinsiplərindən biri kimi qeyd edərək deyib: “Regionda sərhədlərin dəyişdirilməsi heç bir halda qəbuledilməzdir. Regiondan kənar güclərin bəzi hərəkətləri region ölkələri arasında birlik və vəhdətin gücləndirilməsini və hər hansı fikir ayrılıqlarının qarşısının alınmasını zəruri edir.”
-
İran İordan Vadisində Qəzzə soyqırımının təkrarlanması ilə bağlı xəbərdarlıq edib
Fev 03, 2025 17:18Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai sionist rejimin İordan çayının qərb sahilində, o cümlədən Cenin düşərgəsindəki hücumlarının genişlənməsindən dərin narahatlığını ifadə edib, dinc əhalinin öldürülməsi, əsassız həbslər və insanların evlərinin dağıdılması da daxil olmaqla, törədilmiş cinayətləri pisləyib.
-
Pezeşkiyan: İslam ölkələri arasında vəhdətin möhkəmləndirilməsi hazırkı dünya şəraitinin mühüm tələblərindəndir
Fev 03, 2025 16:15Prezident daxili ixtilafların İslam ümmətini zəiflədəcəyinə və təsirsiz hala gətirəcəyinə inandığını bəyan edərək deyib: “Əgər İslam ölkələri öz iqtisadiyyatını, rifahını və təhlükəsizliyini inkişaf etdirməklə yanaşı, ortaq məqsədlər yolunda fikir ayrılıqlarından qaçsalar və bir-biri ilə müttəfiq olsalar, şübhəsiz ki, düşmənlərin və bədxahların hiylələri baş tutmayacaq.”
-
İran lideri: Amerika təcavüzkar və yalançıdır
Fev 02, 2025 09:10İnqilabın Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei İran xalqının “Amerikaya ölüm” demək cəsarətinə malik olduğunu bildirib və deyib: Amerika təcavüzkar və yalançıdır.
-
İran və Azərbaycan arasında əlaqələr genişlənir
Fev 03, 2025 13:06Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Azərbaycan prezidentinin xarici siyasət üzrə köməkçisi ilə görüşdə vurğuladı: güclü bir bölgə yaratmaq regional əməkdaşlıq sayəsində mümkündür və İran İslam Respublikasının siyasəti, hökumət sistemlərinin fərqliliyinə baxmayaraq, regional əməkdaşlıqdır.