-
Pezeşkiyan: Fələstin xalqının və mücahidlərin müqaviməti yekun qələbə ilə başa çatacaq
İyul 30, 2024 13:32Prezident deyib: “Sionistlərin vəhşi cinayətlərinə qarşı Fələstin xalqı və mücahidlərinin fədakarcasına müqaviməti qürur və iftixar mənbəyi olmuşdur. Əminik ki, bu müqavimət xalqın yekun qələbəsi, Fələstin torpaqlarının azad edilməsi və sionist rejimin məhvi ilə başa çatacaq.”
-
Məsud Pezeşkiyanın andiçmə mərasimində Azərbaycanın Baş nazirinin iştirakı
İyul 30, 2024 13:29Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov 30 nəfərlik nümayəndə heyəti ilə birlikdə ölkəmizin yeni seçilmiş Prezidenti cənab doktor Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün bu gün, çərşənbə axşamı, 30 iyul günorta saat 12:00-da Tehranın Mehrabad Hava Limanına gəlib.
-
İslam İnqilabının Ali Rəhbəri: Bu gün İslamın ən uca bayrağı Qəzzə əhalisinin əlindədir
İyul 30, 2024 13:26İslam İnqilabının Ali Rəhbəri Qəzzənin məzlum əhalisinin misilsiz mövqeyi və müqavimətini vurğulayaraq deyib: “Bu gün İslamın ən uca bayrağı Fələstin xalqının və Qəzzə əhalisinin əlindədir.”
-
İran Cənubi Afrikanın sionistlərin cinayətlərinin beynəlxalq mühakimə olunmasındakı rolunu yüksək qiymətləndirir
İyul 30, 2024 11:12İran İslam Respublikası Xarici İşlər naziri vəzifəsini icra edən Cənubi Afrika Respublikasının Xarici İşlər Naziri ilə görüşdə Cənubi Afrikanın beynəlxalq hüquq və məhkəmə dairələrində sionist rejimin cinayətlərini pisləməkdə xüsusi səylərini yüksək qiymətləndirib.
-
Prezident: Müsəlman ölkələri ilə əlaqələrin gücləndirilməsi 14-cü hökumətin xarici siyasət prioritetlərindən biridir
İyul 30, 2024 11:08Prezident müsəlman ölkələri ilə əlaqələri gücləndirmək, eləcə də islam cəmiyyətlərində sinerji yaratmaq səylərini hökumətinin xarici siyasətinin prioritetləri sırasına daxil edib və sionistlərin vəhşiliyi ilə mübarizədə və Qəzzada bu rejimin cinayətlərinin dayandırılmasında İslam ümmətinin birliyinin vacibliyini vurğulayıb.
-
Pezeşkiyan: İslam ölkələrinin əməkdaşlığı ilə müsəlmanlara edilən zülm aradan qaldırılmalıdır
İyul 30, 2024 11:06Yəmənin Ənsarullahının sözçüsü ilə görüşdə prezident vurğulayıb: Müsəlmanlara edilən zülm İslam ölkələrinin sinerjisi və əməkdaşlığı ilə sona çatmalıdır.
-
İran: Atom enerjisindən dinc məqsədlərlə istifadə NPT üzvü olan ölkələrin danılmaz hüququdur
İyul 30, 2024 11:05İran İslam Respublikasının BMT-nin Cenevrə ofisindəki səfiri və daimi nümayəndəsi Cenevrədə keçirilən Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) İcmal Konfransının ikinci hazırlıq komitəsinin iclasında çıxışı zamanı vurğulayıb ki, Atom enerjisinin dinc məqsədlərlə istifadəsi üzv ölkələrin danılmaz hüququdur.
-
Pezeşkiyan: İranın Qüdsün azadlığı davasını dəstəkləməkdə mövqeyi hökumətlərin dəyişməsi ilə dəyişmir
İyul 30, 2024 11:00Prezident İran İslam Respublikasının məzlumların, o cümlədən Fələstin xalqının müdafiəsi və Qüdsün azad edilməsi işinə dəstək siyasətləri hökumətlərin dəyişməsi ilə dəyişməyəcəyini bəyan edərək deyib: Məzlum Fələstin xalqının davasına dəstək var qüvvə ilə davam edəcək və heç bir amil bu yolda bizim iradəmizi poza bilməz.
-
Kənani: Avstraliya, Yeni Zelandiya və Kanadanın İranın qanuni müdafiəsinə qarşı ittihamı əsassızdır
İyul 29, 2024 20:02Xarici İşlər Nazirliyinin mətbuat katibi Avstraliya, Yeni Zelandiya və Kanadanın İran İslam Respublikasının təcavüzkara qarşı qanuni müdafiəsi ilə bağlı ittihamını əsassız sayaraq deyib: “Bu ittihamlar belə ölkələrin sionist rejimə silah verməklə işğalçı sionist rejimin məzlum Fələstin xalqına qarşı hərbi cinayətlərində şərik olduqları bir vaxtda irəli sürülür.”
-
İran səfiri informasiya və kommunikasiya texnologiyalarının cinayət məqsədləri üçün istifadəsinə qarşı effektiv mübarizəni vurğulayıb
İyul 29, 2024 19:58İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib: “İran İslam Respublikası konsensusa nail olmaq və informasiya və kommunikasiya texnologiyalarının cinayət məqsədləri üçün istifadəsinə qarşı effektiv mübarizəni əhatə edə biləcək güclü müddəaları olan konvensiya layihəsini təqdim etmək üçün əməkdaşlığa sadiqdir.”