-
Səudiyyə Ərəbistanı sionistlərin İrana təcavüzünü pisləyib
Okt 26, 2024 11:00Səudiyyə Ərəbistanı sionist rejimin İrana qarşı hərbi təcavüzünü pisləyib və bunu suverenliyin və beynəlxalq qanunların pozulması hesab edib.
-
İrana hücum əmri verildikdə sionist rejim liderlərinin üzündəki narahatlıq daha da artır
Okt 26, 2024 07:37İran İslam Respublikası Xəbər Agentliyinin baş direktoru yazıb: Bəzi xarici media İran xalqının işğalçı rejimin hərəkətlərindən narahat olduğunu iddia etsələr də, görüntülər göstərir ki, İrana hücum əmri verildikdə sionist liderlər üzlərindəki narahatlığı gizlədə bilmirlər.
-
Yəhya Sinvarın anım mərasimi
Okt 25, 2024 16:25HƏMAS lideri Yəhya Sinvarın anım mərasimi cümə axşamı (24 oktyabr) axşam saatlarında Tehranın İmam Sadiq (ə) məscidində keçirildi.
-
Şəhid Əli Heydərinin cənazəsi ilə vida mərasimi
Okt 25, 2024 14:31Şəhid Əli Heydərinin cənazəsi ilə vida mərasimi cümə axşamı (24 oktyabr) axşam saatlarında Meracuş-Şohədada keçirildi. Qüds şəhidi doktor Əli Heydəri yaralılara və xəstələrə tibbi yardım göstərmək üçün insani və dini məsuliyyət hissi ilə Livanda həkim və yardım işçisi kimi fəaliyyət göstərirdi. 22 oktyabrda doktor Əli Heydərini daşıyan avtomobil sionist rejimin pilotsuz təyyarələri tərəfindən vuruldu və o, şəhid oldu.
-
Silahlı Qüvvələrin Məhkəmə-Hüquq Təşkilatının rəisi: Qondarma sionist rejim İrana qarşı hərbi təcavüzə görə peşman olacaq
Okt 25, 2024 11:14Silahlı Qüvvələrin məhkəmə təşkilatının rəhbəri dünən gecə sionist rejimin İrana hərbi təcavüzünü pisləyərək deyib: İranın müdafiə raketləri və silahlı qüvvələrin istehsal etdiyi sistemlər yaxşı işləyib və keçmişdə düşməni peşman etdiyimiz kimi, gələcəkdə də bu qondarma və qəddar rejimə ədəbli olmaq dərsi verəcəyik.
-
Hizbullah Hayfa və Akkaya hücum etdi
Okt 25, 2024 09:52Xəbər mənbələri Livan Hizbullahının işğal olunmuş ərazilərdəki Hayfa, Akka və bəzi digər bölgələrə raket zərbəsi endirdiyini bildirib.
-
Ali Məqamlı Rəhbərin rəşadətli və fədakar mücahid Seyid Haşim Səfiyəddinin şəhadəti ilə bağlı müraciəti
Okt 25, 2024 08:56İslam İnqilabının Ali Rəhbəri müqavimət cəbhəsinin əziz gənclərinə müraciətində, Livan Hizbullah Hərəkatının İcra Şurasının sədri cənab Seyid Haşim Səfiyəddinin (Allah ondan razı olsun) şəxsiyyətini təqdir edərək vurğulayıb: “Bu gün də Hizbullah Livanın ən güclü müdafiəçisi və sionist rejimin hərisliyinə qarşı ən güclü qalxandır.”
-
İmam Xamenei: Sionist rejim müqaviməti məhv edə bilmədi
Okt 24, 2024 15:56İslam İnqilabının Ali Məqamlı Rəhbəri sionist rejimin 50 mindən çox günahsız insanı qətlə yetirməsinə baxmayaraq, müqaviməti məhv etməkdə uğursuz qaldığını vurğulayaraq, ən böyük məğlubiyyəti Qərb mədəniyyəti, sivilizasiyası və siyasətçilərinin rüsvayçılığı hesab edib.
-
İran uçuşları normal vəziyyətə qayıdıb
Okt 24, 2024 15:55Mülki Aviasiya Təşkilatının sözçüsü bu gün (şənbə günü) səhər saat 9-dan etibarən uçuşların normallaşacağını açıqlayıb.
-
İran səfiri: Təhlükəsizlik Şurası İsraili Qəzza, Livan və Suriyadakı təcavüzünü dayandırmağa məcbur etməlidir
Okt 24, 2024 09:14İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani beynəlxalq ictimaiyyətin Qəzza və Livanda dərhal atəşkəs çağırışında yekdil olduğunu bildirib və deyib: Biz bir daha Təhlükəsizlik Şurasından xahiş edirik təcili və qətiyyətlə hərəkətə keçsin və İsrail rejimini Qəzza, Livan və Suriyadakı təcavüzünü və dəhşətli cinayətlərini dayandırmağa məcbur etsin.