Hizbullah Hayfa və Akkaya hücum etdi
https://parstoday.ir/azeri/news/iran-i8162-hizbullah_hayfa_və_akkaya_hücum_etdi
Xəbər mənbələri Livan Hizbullahının işğal olunmuş ərazilərdəki Hayfa, Akka və bəzi digər bölgələrə raket zərbəsi endirdiyini bildirib.
(last modified 2024-10-26T07:19:49+00:00 )
Okt 25, 2024 09:52 Asia/Baku
  • Hizbullah Hayfa və Akkaya hücum etdi

Xəbər mənbələri Livan Hizbullahının işğal olunmuş ərazilərdəki Hayfa, Akka və bəzi digər bölgələrə raket zərbəsi endirdiyini bildirib.

 

Sionist mediası Hizbullahın yeni raket hücumları etdiyi və Akka, Hayfa və qonşu bölgələrdə həyəcan siqnalı çalındığı barədə məlumat yayıb.

Bu mənbələr Hayfa şəhərinin səmasında bir neçə partlayış səsi ilə bağlı xəbəri təsdiqləyərək Keriot və Akka ilə Keriot arasında yerləşən sənaye zonasında həyəcan siqnallarının çalındığını açıqlayıb.

İsrail ordusu həmçinin Livandan Hayfa körfəzinə 5 raket atıldığını bildirib.