Müdafiə Nazirliyinin vəzifələrini icra edən:
Sivilizasiyalararası qarşıdurmanı alovlandıranlar onun nəticələrindən amanda qalmayacaqlar
Iran Müdafiə Nazirliyinin vəzifələrini icra edən briqada generalı İbn əl-Rza Müdafiə Nazirliyinin bir sıra sənaye təşkilatlarının rəhbərləri ilə görüşündə İranın tarixi və sivilizasiya mövqeyinə toxunaraq bildirib: İran xalqı dərin köklərə malik tarixi sivilizasiyaya sahibdir.
Silahlı Qüvvələrə Dəstək və Müdafiə Nazirliyinin vəzifələrini icra edən bildirib: Sivilizasiyalararası qarşıdurmanı qızışdırmağın təhlükəli nəticələrinə görə məsuliyyət bu yolu bilərəkdən seçənlərin üzərinə düşür. Sivilizasiyalararası qarşıdurma alovunu yandıranlar bu alovun heç vaxt özlərini bürüməyəcəyini düşünməməlidirlər. Onlar təhlükəsizlik mənzərəsinin dəyişəcəyini, özlərinin isə qədim sivilizasiyaların qoynunda ərimək də daxil olmaqla, bu qarşıdurmanın nəticələrindən amanda qalacaqlarını gözləməməlidirlər.
Iran Müdafiə Nazirliyinin vəzifələrini icra edən briqada generalı İbn əl-Rza Müdafiə Nazirliyinin bir sıra sənaye təşkilatlarının rəhbərləri ilə görüşündə İranın tarixi və sivilizasiya mövqeyinə toxunaraq bildirib: İran xalqı dərin köklərə malik tarixi sivilizasiyaya sahibdir. Bu torpağın elm, mədəniyyət, düşüncə və idarəçilik sahələrindəki keçmişi bir çox müasir dövlətlərin və siyasi strukturların mövcudluq müddətindən qat-qat qədimdir.
Bununla belə, bu gün vacib olan yalnız şanlı keçmişə söykənmək deyil. Ölkənin tarixi irsini və İran xalqının öz taleyini müstəqil şəkildə müəyyən etmək hüququnu qorumaq üçün elmi, sənaye və müdafiə potensialımıza arxalanmalıyıq.
O, ABŞ rəsmilərinin İran və İran sivilizasiyası ilə bağlı ağılsız bəyanatlarına toxunaraq deyib: Bu gün İran və xalqımızın sivilizasiya kimliyi haqqında kin və daxili qərəzlərlə dolu ifadələr işlədənlər ya tarixi tanımırlar, ya da strateji anlayışları yanlış və natamam dərk etdikləri üçün faktiki olaraq odla oynayırlar. Məsələyə bu cür yanaşmaq böyük səhv və son dərəcə təhlükəli hesablamadır.
Müdafiə Nazirliyinin vəzifələrini icra edən əlavə edib: İran sivilizasiyası dünənin və bu günün məhsulu deyil ki, onu bir neçə kinli və cahil bəyanatla ləkələmək və ya görməzdən gəlmək mümkün olsun. İran dərin tarixi köklərə malik, bəşəriyyətin elmi, mədəni və intellektual irsində danılmaz payı olan bir ölkədir.
Bu kimliyə üstünlük iddiası və nifrət saçan mövqedən yanaşanlar hər şeydən əvvəl tarixdən və dünyanın mürəkkəbliyindən xəbərsiz olduqlarını, habelə təcrübəsizliklərini nümayiş etdirirlər. General İbn əl-Rza vurğulayıb: Düşmənin cəsarətlənməsindən də təhlükəlisi tarixi və mədəni fərqləri dünyada siyasi və hərbi qarşıdurmanın əsasına çevirmək cəhdidir.
Sivilizasiyalararası qarşıdurma odla oynamaqdır. Bu alovu başladanlar onun yayılmasına və nə vaxt bitəcəyinə sərhəd qoya, nəticələrini yalnız başqaları ilə məhdudlaşdıra bilməzlər.
Tarix dəfələrlə göstərib ki, belə qarşıdurmalara öz üstünlüklərinə inamla girən güclər sonda ilkin hesablamalarında nəzərə almadıqları reallıqlarla üzləşiblər. O, sözünə davam edərək bildirib: Sivilizasiyalararası qarşıdurma dili ilə danışan bu şəxslərə açıq şəkildə demək lazımdır ki, İran öz kimliyini heç kimdən borc almayıb, onu qorumaq üçün heç kimin icazəsinə ehtiyac duymur və xalqının öz taleyini müəyyən etmək hüququnu təhdid və təhqirlə əvəz etməyəcək.
Əgər onlar sivilizasiya təcavüzü ilə İran xalqını geri çəkilməyə məcbur edə biləcəklərini düşünürlərsə, İranın tarixini və bu xalqın iradəsini düzgün tanımayıblar. Əlbəttə, bütün bunlar onların çıxılmaz vəziyyətə düşməsinin və məğlubiyyətinin nəticəsidir.