-
Qalibaf: Sionist rejim İslam ölkələrinin inkişafına qarşıdır / Fidan: İsrail region üçün təhlükədir
Dek 01, 2025 07:59İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə bildirib: sionist rejim və ABŞ İslam ölkələrinin güclənməsi, birliyi, inkişafı və inteqrasiyasına uzun illərdir mane olur və region ölkələrini müxtəlif böhranlarda saxlamağa çalışırlar.
-
Buşehr SEPAH dəniz qüvvələri Fars körfəzində 350 min litr qaçaq yanacaq daşıyan xarici tankeri saxlayıb
Dek 01, 2025 07:58SEPAH-ın Dəniz Qüvvələrinin 2-ci bölgə komandanı, general Heydər Hünərian-Mucərrəd bildirib: Bu qüvvənin tam nəzarəti və operativ məlumatları nəticəsində Fars körfəzində 350 min litr qaçaq yanacaq daşıyan xarici tanker saxlanılıb.
-
Prezident Pezeşkian: İnanırıq ki, ticarət, elm və mədəniyyətin keçdiyi sərhədlərdən terrorizm və silah heç vaxt keçməyəcək
Dek 01, 2025 07:27İran Prezidenti Məsud Pezeşkian Türkiyənin xarici işlər naziri ilə görüşü zamanı İslam dünyasının hazırkı həssas şəraitinə toxunaraq bildirib: Müsəlman xalqlarının ortaq düşmənləri təzyiqləri artırmağa çalışdığı bir dönəmdə İslam ölkələrinin bir-biriləri üçün şəraiti asanlaşdırması və məsələləri daha mürəkkəb vəziyyətə gətirməkdən çəkinməsi gözlənilir.
-
Silahlı Qüvvələrin Baş Qərargahı: Avstraliya hökumətinin SEPAH-a qarşı addımı ABŞ və sionist rejimin məqsədlərinə xidmət edir
Dek 01, 2025 07:24İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahı yayımladığı bəyanatda Avstraliya hökumətinin İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı atdığı antiiran addımını sərt şəkildə qınayıb.
-
İranın Çindəki səfiri Milli Təhlükəsizlik Komissiyasına hesabat verib — 25 illik müqavilənin icrasının zəruriliyi vurğulanıb
Dek 01, 2025 07:08İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi bildirib ki, İranın Çindəki səfiri Əbdürrza Rəhməni Fəzli komissiya üzvlərinə hesabat təqdim edib. Onun sözlərinə görə, iclasda Tehran–Pekin münasibətlərinin inkişafı və 25 illik əməkdaşlıq sazişinin icrasının vacibliyi xüsusi olaraq qeyd edilib.
-
İran ABŞ-nin Venesuela hava məkanının bağlanması ilə bağlı qərarını pislədi
Noy 30, 2025 09:01İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidentinin Venesuela hava məkanının bağlanmasını elan etməsini beynəlxalq hüququn, o cümlədən beynəlxalq hava nəqliyyatını tənzimləyən fundamental qayda və normaların kobud şəkildə pozulması kimi qiymətləndirib və bu addımı pisləyib.
-
Regional proseslər; Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavininin Tehrana səfərinin əsas mövzusu
Noy 30, 2025 08:32Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə xarici işlər nazirinin müavini Səud bin Məhəmməd Əl-Sati, Tehran və Ər-Riyad arasında diplomatik məsləhətləşmələrin davamı olaraq İrana səfər edəcək.
-
İranın xarici ticarəti 76,5 milyard dolları keçib
Noy 30, 2025 07:30İran Gömrük Xidmətinin məlumatlarına görə, bu ilin ilk səkkiz ayında ölkənin xarici ticarəti 76 milyard 537 milyon dollar dəyərində 131 milyon 54 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 9,38 faiz, çəki baxımından isə 1,53 faiz artım deməkdir.
-
Ermənistan və İsrail rəsmiləri arasında əlaqələrin fəallaşdırılması ilə bağlı görüş keçirilib
Noy 29, 2025 12:0626 noyabr tarixində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Qüds şəhərində İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Ədən Bar-Tal ilə görüş keçirib.
-
Ərdəbil iqtisadi diplomatiyası; Kapitalın cəlb edilməsi və ixracın inkişafı üçün yeni bir yol
Noy 29, 2025 12:02Ərdəbil vilayəti geosiyasi mövqeyi, Azərbaycan Respublikası ilə sərhəd bağlılığı, eləcə də kənd təsərrüfatı, turizm və bərpa olunan enerji sahələrində mövcud olan mühüm potensiala əsaslanaraq iqtisadi diplomatiyanın yeni mərhələsinə qədəm qoymaq üzrədir. Bu proses vilayətin ölkənin şimal-qərbində investisiya cəlbi və ixracın genişləndirilməsi baxımından əsas mərkəzlərdən birinə çevrilməsinə şərait yarada bilər.