-
Əraqçi: Netanyahu nə istifadə (narkotik) edir?
İyul 14, 2025 12:00Seyid Abbas Əraqçi, İranın Xarici İşlər Naziri, "X" sosial şəbəkəsindəki hesabında yazıb: Netanyahu təxminən iki il əvvəl Qəzzədə qələbə vədi vermişdi. Amma nəticə nə oldu? Hərbi bataqlığa girmək, müharibə cinayətləri ittihamı ilə həbs qərarı və HƏMAS-a 200 min yeni qüvvənin qoşulması.
-
Qəribabadi: Xarici İşlər Nazirliyi və Silahlı Qüvvələr həm danışıqlar, həm də müharibə zamanı tam koordinasiyalı şəkildə fəaliyyət göstərirdi
İyul 14, 2025 11:58İranın Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi, Avropa üçlüyünün “maşa mexanizmini” işə salmaq təşəbbüsünə toxunaraq bildirib: “Biz bu mexanizmin tətbiqini qəbul etməməliyik. Əksinə, onların bu mexanizmə əl atmasının qarşısını almaq üçün lazım olan addımları atmalıyıq. Lakin bu addımlar onlara güzəşt vermək anlamına gəlmir; məqsəd, bu prosesi dayandırmaq üçün müxtəlif seçimlərin nəzərdən keçirilməsi və istifadə olunmasıdır.”
-
İranın xarici işlər naziri Çinə səfər edəcək
İyul 14, 2025 11:52İran Xarici İşlər Nazirliyinin sözçüsü ölkənin xarici işlər naziri Seyid Abbas Əraqçinin Çinə səfər edəcəyini açıqlayıb.
-
Xarici işlər naziri ŞƏT-in nazirlər toplantısında iştirak etmək üçün Çinə yola düşüb
İyul 14, 2025 09:01İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün səhər saatlarında nümayəndə heyətinə başçılıq edərək Tehrandan Çinə yola düşüb.
-
Niyə İran və İsrail arasında baş verən son müharibə 12 gündən sonra dayandı?
İyul 13, 2025 19:57Cabiri Ənsari Məhəmməd Cavad Zəriflə söhbətində deyib: Son 12 günlük İranla sionist rejim arasında baş verən müharibə rəsmi atəşkəs elan olunmadan dayandırıldı; ekspertlər bu dayandırmanı iki əsas amillə izah edirlər: İran xalqının ictimai birliyi və ölkənin daxili hərbi gücü ki, effektli çəkindiricilik yaratdı.
-
İranın Livandakı səfiri: Haqq cəbhəsini nəyin bahasına olursa olsun müdafiə edəcəyik
İyul 13, 2025 15:26İran İslam Respublikasının Livandakı səfiri bu ölkənin Ərəb Sosialist BƏƏS Partiyasının rəhbər və xalq nümayəndə heyəti ilə görüşündə bildirib ki, İran haqq cəbhəsini hər bir qiymətə müdafiə edəcək.
-
Əhmədiyan: Fars körfəzinin təhlükəsizliyi region ölkələrinin iştirakı ilə mümkündür
İyul 13, 2025 13:41İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əliəkbər Əhmədiyan Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri ilə telefon danışığında bildirib ki, Fars körfəzinin və onun bütün üzvlərinin bir-biri ilə bağlı təhlükəsizliyi region ölkələrinin birgə iştirakını tələb edir.
-
Əl-Məyadin: İran Rusiyadan ölkə daxilində uranın zənginləşdirilməsini dayandırmaqla bağlı heç bir təklif almayıb
İyul 12, 2025 15:53Diplomatik mənbələr Əl-Məyadin şəbəkəsinə bildiriblər ki, İran Rusiyadan ölkə daxilində uranın zənginləşdirilməsini dayandırmaqla bağlı heç bir təklif almayıb və Moskvanın Tehranın dinc zənginləşdirmə hüququna dəstəklə bağlı mövqeyi dəyişməyib.
-
Əraqçi: İranın Agentliklə əməkdaşlığı bundan sonra Ali Milli Təhlükəsizlik Şurası vasitəsilə həyata keçiriləcək
İyul 12, 2025 15:52Xarici işlər naziri Tehranda akkreditə olunmuş səfir və müvəqqəti işlər vəkilləri, xarici və beynəlxalq nümayəndəlik rəhbərləri ilə görüşdə deyib: «Hazırda bizim Agentliklə əməkdaşlığımız dayandırılmayıb, lakin baş vermiş hadisələr və baş verən dəyişikliklər səbəbindən, bundan sonra parlamentin qəbul etdiyi qanuna əsasən, İranın Agentliklə bütün fəaliyyət və əməkdaşlıqları Ali Milli Təhlükəsizlik Şurası vasitəsilə həyata keçiriləcək.»
-
Pentaqon İran raketinin Qətərdəki hava bazasına düşdüyün təsdiq edib
İyul 12, 2025 14:50Amerika müdafiə nazirliyi- Pentaqon-un sözçüsü ötənaykı hücumlar gedişində İran tərəfindən atılan ballistik raketlərdən birinin ABŞ-ın Yaxın Şərqdəki ən iri hərbi bazası olan Qətərdəki Əludəyd hava bazasına düşdüyünü bildirib.