Sistan və Bəlucistanda 6 terrorçu məhv edilib
Avq 17, 2025 17:06 Asia/Baku
SEPAH-ın Cənub-Şərqi Quru Qoşunlarının Qüds Qərargahı bazar günü bəyanat yayıb: Qüds qərargahının döyüşçüləri digər təhlükəsizlik və kəşfiyyat qurumları ilə əməkdaşlıq edərək Sistan və Bəlucistanın şimalında və cənubunda terrorçuların 2 təhlükəsiz evini aşkar edib zərərsizləşdirməyə nail olublar.
Sistan və Bəlucistanda həyata keçirilən bu ayrı-ayrı əməliyyatlarda intihar və təxribat əməliyyatları keçirməyi planlaşdıran 6 təlim keçmiş terrorçu məhv edilib.Həmçinin bu əməliyyatda 2 terrorçu həbs edilib və onlardan 25 kiloqram partlayıcı maddə və partlamağa hazır sursat aşkar edilib.
Teqlər