Əl-Qəssam sözçüsü:
Əl-Əqsa tufanı işğalçıların təhlükəsizlik doktrinasını darmadağın etdi
Əbu Ubeydə əlavə edib ki, kiçik və mühasirədə olan ərazi olmasına baxmayaraq, Qəzza azad insanların vicdanını oyatmağı, bütün sui-qəsdçiləri və heç bir iş görə bilməyənləri ifşa etməyi bacarıb.
Əl-Qəssam briqadalarının sözçüsü «əl-Əqsa tufanı» əməliyyatının üçüncü ildönümü münasibətilə qəhrəmanları və şəhidlərini yüksək qiymətləndirərək bildirib ki, həmin gün «işğalçıların təhlükəsizlik doktrinasını birdəfəlik həmişəlik darmadağın etdi».
HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadalarının sözçüsü Əbu Ubeydə oktyabrın 7-də baş verən «əl-Əqsa tufanı» əməliyyatının üçüncü ildönümü münasibətilə yayımladığı bəyanatda deyib: “Müqəddəs keçid”dən üç il ötür; bu, bizim kişilərimizin qollarının işğalçıların təhlükəsizlik doktrinasını birdəfə həmişəlik darmadağın etdiyi gün idi. Allaha şükür, artıq heç bir çəkindirmə, heç bir qəti tədbir və heç bir xəbərdarlıq qalmayıb.
O, «Böyük keçidin» qəhrəmanlarına və şəhidlərinə, Fələstin rəhbərlərinə, döyüşçülərinə və xalqına salam göndərərək Qəzza zolağının sakinlərinə müraciətlə deyib: Ey böyük Qəzza xalqı... Bədəli ağır oldu, amma sizin gördüyünüz işlər daha əzəmətli idi. O əlavə edib: Gələcək nəsillər sizi əzəmət yaradanlar, tarixin gedişatını və dünyadakı güc balansını dəyişdirənlər, millətin şərəf və müqəddəsliklərinin dönməz müdafiəçiləri kimi xatırlayacaqlar.
Əbu Ubeydə əlavə edib ki, kiçik və mühasirədə olan ərazi olmasına baxmayaraq, Qəzza azad insanların vicdanını oyatmağı, bütün sui-qəsdçiləri və heç bir iş görə bilməyənləri ifşa etməyi bacarıb.
Əl-Qəssam sözçüsü oktyabrın 7-də baş verənləri Allahın lütfü və inayəti sayəsində hərbi möcüzə adlandıraraq qeyd edib ki, dost və düşmən planlaşdırma və icranın möhtəşəmliyinin, eləcə də ustalıqla həyata keçirilmiş strateji aldatmanın dahiliyinin şahidi olub.
O bildirib ki, müqavimət döyüşçülərinin bütün təhdid və imkanlardan, o cümlədən Netanyahunun özünəvurğunluğu, təkəbbürü və düşmənlərini aşağılamağından istifadə etmək istiqamətindəki düşüncə və ideyaları özünəməxsus olub.
O vurğulayıb: Fələstin ona dəstək verənləri, xüsusilə də onun uğrunda qanlarını fəda edənləri heç vaxt unutmayacaq. Əl-Əqsa məscidinə qarşı hörmətsizlik və Qəzzanın qanlı yarası istisnasız olaraq hər kəsi hərəkətə çağırır. Sudan və Liviya cəsarət və qeyrət baxımından Yəmən, Livan, İraq və İrandan heç də geri qalmır.