İran nümayəndəsi Bəhreynə xəbərdarlıq etdi:
Ərazinizdən İrana hücum olarsa, cavab verəcəyik
İranın BMT-dəki nümayəndəsi Əli Kərimi Məqam Bəhreyn diplomatının ittihamlarına cavab olaraq bildirib ki, İran regionda müharibəyə başlayan tərəf deyil və ona qarşı həyata keçirilən hücuma cavab vermək hüququna malikdir. O, Bəhreynə xəbərdarlıq edib ki, ərazisi, bazaları və hava məkanı yenidən İrana qarşı hücum üçün istifadə olunarsa, Tehran buna cavab verəcək.
İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Bəhreyn nümayəndəsinin iddiaları və ritorikasına cavab olaraq İranın hücuma başlayan tərəf olmadığını vurğulayıb və Tehrana qarşı hücumun həyata keçirilməsi üçün ərazi və hava məkanının təqdim edilməsi ilə bağlı xəbərdarlıq edib.
İran İslam Respublikasının BMT-dəki diplomatı Əli Kərimi Məqam bazar ertəsi bu beynəlxalq qurumun Üçüncü Komitəsində Bəhreyn diplomatının iddialarına cavab olaraq deyib: Bəhreyn hadisələrin pərdəarxasına göz yumduğu halda insan hüquqlarından danışır. O, Bəhreynin qurban olmadığını bildirərək əlavə edib: Bu ölkə İrana qarşı qanunsuz müharibənin aparılması üçün öz ərazisini, bazalarını və hava məkanını ABŞ-nin ixtiyarına verib.
İran İslam Respublikasının diplomatı əlavə edib: Öz ərazisini qonşusuna qarşı qanunsuz müharibə üçün ABŞ-nin ixtiyarına verən Bəhreyn artıq bunun nəticələrindən təəccübləndiyini və heyrətləndiyini ifadə edə bilməz. İranın BMT-nin Üçüncü Komitəsindəki nümayəndəsi İranın hücuma başlayan tərəf olmadığını, əksinə, hücuma məruz qaldığını vurğulayaraq Tehranın reaksiyasının qanuni və ayrılmaz hüququndan istifadə olduğunu bildirib.
İran İslam Respublikasının diplomatı xəbərdarlıq edib: Əgər regionda hər hansı ölkənin ərazisindən yenidən İrana qarşı hücum həyata keçirmək üçün istifadə olunarsa, cavab verəcəyik. İranın nümayəndəsi Bəhreyn nümayəndəsinə müraciətlə deyib: Qarşımızda iki yoldan başqa yol yoxdur.
Ya regionda təhlükəsizliyi birlikdə təmin edəcəyik, ya da birlikdə təhlükəsizsizliyin nəticələrinə dözməli olacağıq. İran İslam Respublikasının diplomatı bildirib: Bəhreyn əvvəllər ikinci yolu seçdi və əgər yenidən eyni seçimi etsə, fərqli nəticə gözləməməlidir.