Düşmən yenidən səhvə yol verərsə, sarsıdıcı cavab verəcəyik
https://parstoday.ir/azeri/news/iran-i14554-düşmən_yenidən_səhvə_yol_verərsə_sarsıdıcı_cavab_verəcəyik
İran Ordusunun Baş Komandanı general-mayor Əmir Hatəmi Silahlı Qüvvələrin yüksək hazırlıq və sayıqlıq səviyyəsini qorumasının vacibliyini vurğulayaraq bildirib ki, müharibə hələ başa çatmayıb və düşmənin ölkəni yenidən təhdid etməsi halında İran Silahlı Qüvvələri sarsıdıcı cavab verəcək.
(last modified 2026-10-05T16:48:29+00:00 )
Okt 05, 2026 20:45 Asia/Baku
  • Düşmən yenidən səhvə yol verərsə, sarsıdıcı cavab verəcəyik

İran Ordusunun Baş Komandanı general-mayor Əmir Hatəmi Silahlı Qüvvələrin yüksək hazırlıq və sayıqlıq səviyyəsini qorumasının vacibliyini vurğulayaraq bildirib ki, müharibə hələ başa çatmayıb və düşmənin ölkəni yenidən təhdid etməsi halında İran Silahlı Qüvvələri sarsıdıcı cavab verəcək.

 

Ordu Baş Komandanı Silahlı Qüvvələrin hazırlıq səviyyəsinin və sayıqlığının qorunmasının vacibliyini vurğulayaraq bildirib: Müharibə hələ başa çatmayıb və düşmən yenidən səhvə yol verərək ölkəni təhdid edərsə, Silahlı Qüvvələr sarsıdıcı cavab verəcək.

 

General-mayor Əmir Hatəmi Fars əyalətinə səfəri çərçivəsində əyalətdə yerləşən ordu bölmələrinə baş çəkib, hərbi qulluqçuların döyüş hazırlığını, bölmələrin texniki hazırlıq səviyyəsini və müdafiə qabiliyyətini qiymətləndirib. Ordu Baş Komandanı həmin bölmələrin komandirləri və məsul şəxsləri ilə görüşündə Silahlı Qüvvələrin səylərini, həmrəyliyini və əməkdaşlığını yüksək qiymətləndirərək deyib: Fars əyalətində Silahlı Qüvvələrin əməkdaşlığı və qarşılıqlı fəaliyyəti qüvvələr arasında birlik və koordinasiyanın yaxşı nümunəsidir.

​

Belə nümunələr digər bölgələrdə də gücləndirilməlidir. O, Silahlı Qüvvələrin son müharibədə əldə etdiyi nailiyyətlərə toxunaraq İran İslam Respublikasının bu müharibədə qalib gəldiyini bildirib.

​

O, vurğulayıb: Müharibədə itkilər olur, lakin əsas məsələ müharibənin nəticəsidir. Bu müharibənin nəticəsi təslimiyyət deyil, ölkənin izzət və başucalığı oldu.

​

Ordu Baş Komandanı daha sonra müharibənin hələ başa çatmadığını vurğulayaraq deyib: Düşmən hərbi meydanda uğursuzluğa düçar olduqdan sonra başqa üsullara əl atıb. O, sanksiyalar və iqtisadi təzyiqlər vasitəsilə xalqı təzyiq altında saxlamağa çalışır.

​

Bununla yanaşı, ölkədə təhlükəsizliyin pozulması və iğtişaşların yaradılması istiqamətində də çoxsaylı tədbirlər həyata keçirir. Silahlı Qüvvələr hazırlıq səviyyəsini və sayıqlığını qoruyaraq, düşmənin yenidən səhvə yol verəcəyi təqdirdə onun təhdidlərinə sarsıdıcı cavab verəcək.

​

General-mayor Hatəmi məcburi müharibələrdən ölkənin əldə etdiyi strateji nailiyyətlərin əhəmiyyətinə toxunaraq vurğulayıb: Qələbəni möhkəmləndirmək və müharibə təhlükəsini ölkədən uzaqlaşdırmaq üçün yaranmış imkanlardan istifadə etməliyik. Bu yolda müqavimət və mübarizəni davam etdirməliyik.