İlk dəfə olaraq Fars körfəzində heç bir Amerika gəmisi yoxdur
https://parstoday.ir/azeri/news/iran-i14550-İlk_dəfə_olaraq_fars_körfəzində_heç_bir_amerika_gəmisi_yoxdur
Əli Fədəvi bildirib ki, ilk dəfə olaraq Fars körfəzi, Hörmüz boğazı, Oman dənizi və hətta şimali Hind okeanında ABŞ-a məxsus heç bir hərbi gəmi yoxdur. Onun sözlərinə görə, ABŞ qüvvələrinin regiondan uzaqlaşması İranın hərbi-dəniz qüvvələrinin imkanları ilə bağlıdır.
(last modified 2026-10-05T16:33:11+00:00 )
Okt 05, 2026 20:30 Asia/Baku
  •  İlk dəfə olaraq Fars körfəzində heç bir Amerika gəmisi yoxdur

Əli Fədəvi bildirib ki, ilk dəfə olaraq Fars körfəzi, Hörmüz boğazı, Oman dənizi və hətta şimali Hind okeanında ABŞ-a məxsus heç bir hərbi gəmi yoxdur. Onun sözlərinə görə, ABŞ qüvvələrinin regiondan uzaqlaşması İranın hərbi-dəniz qüvvələrinin imkanları ilə bağlıdır.

 

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının məsləhət qrupunun rəhbəri dedi: İlk dəfə olaraq nəinki Fars körfəzində, Hörmüz boğazında və Oman dənizində, hətta şimali Hind okeanında heç bir Amerika gəmisi yoxdur

 

Aran radiosunun məlumatına görə, briqada generalı Əli Fədəvi bazar günü gecə xüsusi xəbər müsahibəsində dedi: Bütün bu uzun aylar ərzində Hörmüz boğazı mütləq İranın nəzarəti altında olub. İİKK-nın baş komandanının məsləhət qrupunun rəhbəri sözünə davam etdi: Amerikanın hərbi qabiliyyəti dəniz əsaslıdır; yəni onun donanmasında həm quru qüvvələri, həm də hava qüvvələri var.

​

Buna görə də, Amerikanın hərbi qabiliyyətinin təzahürü bu ölkənin donanmasındadır. Fədəvi əlavə etdi: Amerikalılar 1853-cü ildən bəri Fars körfəzindədirlər, lakin indi ilk dəfə olaraq təkcə Fars körfəzində, Hörmüz boğazında və Oman dənizində deyil, hətta şimali Hind okeanında belə heç bir Amerika gəmisi yoxdur.

​

O dedi: Amerikalılar qaçıb sərhədlərimizdən min kilometrdən çox uzaqlaşıblar. Bu, onların öz iradəsi ilə baş verməyib, İran İslam Respublikasının və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin iqtidarının nəticəsidir.

​

General Fədəvi dedi: Amerikalılar iddia edirlər ki, Hörmüz boğazının cənub marşrutu ilə və İranın rəsmi olaraq elan etdiyi ərazidən kənara maksimum üç-dörd milyon barel neft keçirə bilərlər; bu rəqəm bu boğazdan keçən neftin həcmi ilə müqayisədə o qədər də əhəmiyyətli deyil. İİKK-nın Baş Komandanının məsləhət qrupunun rəhbəri əlavə etdi: Əvvəllər Hörmüz boğazından rəsmi olaraq gündəlik 20 milyon bareldən çox neft keçirdi və bundan əlavə, bir qədər neft də qeyri-rəsmi şəkildə ixrac olunurdu.

​

O, sözünə davam etdi: "Dünya neft ixracının 46 faizi Hörmüz boğazından keçir. Qeyd olunan 20 faizlik rəqəm qlobal neft istehlakı ilə bağlıdır, çünki bir çox ölkə öz neftini istehlak edir və ixrac etmir." Fədəvi əlavə etdi: "İndi bu marşrutla neft ixracı fundamental pozuntularla üzləşib və bu, qlobal iqtisadiyyata, ABŞ-yə və Avropaya geniş təsir göstərib.