Yəmən müharibəsi Səudiyyə Ərəbistanının sərhədlərinə yaxınlaşır?
https://parstoday.ir/azeri/news/west_asia-i14546-yəmən_müharibəsi_səudiyyə_Ərəbistanının_sərhədlərinə_yaxınlaşır
Yəmən Silahlı Qüvvələrinin Taiz cəbhəsində irəliləyişini sürətləndirməsi və Əl-Turbə şəhərini nəzarətə götürməsi bölgədə vəziyyəti yenidən gərginləşdirib. Paralel olaraq, Səudiyyə Ərəbistanının Yəməndə yeni hərbi əməliyyata hazırlaşdığı və qüvvələr topladığı barədə məlumatlar yayılıb.
(last modified 2026-10-05T16:25:22+00:00 )
Okt 05, 2026 20:21 Asia/Baku
  • Yəmən müharibəsi Səudiyyə Ərəbistanının sərhədlərinə yaxınlaşır?

Yəmən Silahlı Qüvvələrinin Taiz cəbhəsində irəliləyişini sürətləndirməsi və Əl-Turbə şəhərini nəzarətə götürməsi bölgədə vəziyyəti yenidən gərginləşdirib. Paralel olaraq, Səudiyyə Ərəbistanının Yəməndə yeni hərbi əməliyyata hazırlaşdığı və qüvvələr topladığı barədə məlumatlar yayılıb.

Yəmən Silahlı Qüvvələri Taiz vilayətinin cənubunda yerləşən müxtəlif cəbhələrdə irəliləyişini sürətləndirib. Qüvvələr ötən gün strateji əhəmiyyət daşıyan Əl-Turbə şəhərini azad edib. Bununla da Taiz şəhərində Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin mühasirə halqası daha da daralıb.

 

«Əl-Əxbar» qəzeti Taiz şəhərinin döyüşsüz azad edilməsi ilə bağlı danışıqların başladığını bildirərək yazıb ki, Ənsarullah bu addımla qabaqlayıcı tədbir görüb və Səudiyyə Ərəbistanının Yəmənin qərb sahillərini və Bab əl-Məndəb boğazını yenidən ələ keçirmək məqsədilə genişmiqyaslı hücum planını zərərsizləşdirib.

 

Reuters də yaydığı reportajda Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyat planı hazırladığını və bu çərçivədə ölkəyə yeni muzdlu qüvvələrin göndəriləcəyini bildirib.