-
Yəmən müharibəsi Səudiyyə Ərəbistanının sərhədlərinə yaxınlaşır?
Okt 05, 2026 20:21Yəmən Silahlı Qüvvələrinin Taiz cəbhəsində irəliləyişini sürətləndirməsi və Əl-Turbə şəhərini nəzarətə götürməsi bölgədə vəziyyəti yenidən gərginləşdirib. Paralel olaraq, Səudiyyə Ərəbistanının Yəməndə yeni hərbi əməliyyata hazırlaşdığı və qüvvələr topladığı barədə məlumatlar yayılıb.
-
Səudiyyə Ərəbistanına bağlı qüvvələrin Covfun şərqində irəliləməsinin qarşısını aldıq
Okt 04, 2026 20:46Yəhya Sərinin bəyanatında bildirilib ki, bu əməliyyat zamanı Səudiyyə Ərəbistanına bağlı qüvvələrə məxsus çoxlu sayda hərbi avtomobil yandırılıb, həmin qruplaşmaların onlarla üzvü öldürülüb və ya yaralanıb.
-
İsrail təyyarələrinin Səudiyyə Ərəbistanına enişinə icazə verilməyib
Okt 01, 2026 19:02Səudiyyə Ərəbistanı İsrailli sərnişinləri daşıyan təyyarənin Təbuka təcili enişinə icazə versə də, sərnişinlərin İsrailə qaytarılması üçün İsrail hərbi və mülki təyyarələrinin ölkəyə daxil olması barədə Tel-Əvivin müraciətini rədd edib. Yediot Aharonotun məlumatına görə, bu qərar Ər-Riyadın İsraillə münasibətlərin normallaşdırılması məsələsində ehtiyatlı mövqeyini qoruduğunu göstərir.
-
Səudiyyəyə qarşı iki əməliyyat keçirilib
Sen 26, 2026 15:15Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən iki əməliyyat zamanı Ər-Riyaddakı həssas obyekt və Yanbudakı “Saudi Aramco” şirkətinin obyekti ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatları ilə hədəfə alınıb. Sərinin sözlərinə görə, əməliyyatlar qarşıya qoyulan məqsədlərə nail olub
-
Onlarla raket və pilotsuz uçuş aparatı ilə düşmənin əməliyyat otağını və həyati əhəmiyyətli obyektlərini darmadağın etdik
Sen 24, 2026 23:57Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Səudiyyə Ərəbistanının Cizan bölgəsindəki hərbi mövqelərə qarşı genişmiqyaslı qabaqlayıcı əməliyyat keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, əməliyyatda ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə olunub, hərbi komanda mərkəzləri, silah anbarları və digər mövqelər hədəfə alınıb.
-
Sülh üçün qapı hələ də açıqdır
Sen 21, 2026 11:32Yəmən Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat bildirib ki, Səudiyyə Ərəbistanının mühasirəsi və genişmiqyaslı hücumlarına baxmayaraq, Yəmən xalqının iradəsi sarsılmayıb. O, Səudiyyə Ərəbistanını sülh prosesini başa çatdırmağa çağıraraq, Yəmənin suverenliyinin və milli resurslarının bərpası istiqamətində mübarizənin davam edəcəyini vurğulayıb.
-
Müqavimət torpaqların azad edilməsinin yeganə yoludur
Sen 21, 2026 08:54Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim bildirib ki, hegemonluğa və İsrail rejiminə qarşı mübarizənin əsas yolu müqavimətdir. O, Livandakı müqavimət təcrübəsinin torpaqların və xalqın müdafiəsində öz effektivliyini göstərdiyini və Fələstin məsələsinin gündəmdə saxlanmasına xidmət etdiyini vurğulayıb
-
“Aramco” şirkətini və Səudiyyə Ərəbistanının hava bazasını darmadağın etdik
Sen 17, 2026 11:21Yəmən Silahlı Qüvvələrinin sözçüsü Səudiyyə Ərəbistanının Yəmənə qarşı həyata keçirdiyi 450 hava hücumuna toxunaraq, “Aramco” şirkəti və Xəmis Müşeyt hava bazasına qarşı onlarla ballistik raket və pilotsuz uçuş aparatı ilə iki əməliyyat keçirildiyini açıqlayıb
-
Səudiyyə Ərəbistanı Yəmənin yaratdığı görünməmiş çıxılmaz vəziyyətə düşüb
Sen 14, 2026 11:47Sionist “İsrail Hayom” qəzeti yazıb ki, Səudiyyə Ərəbistanı şərqdə Hörmüz boğazı, cənubda Babül-Məndəb boğazı və Qırmızı dənizə aparan quru marşrutu ilə bağlı eyni vaxtda yaranan təhdidlər fonunda görünməmiş çıxılmaz vəziyyətlə üzləşib. Bu marşrutların hamısı ölkənin neft ixracı üçün həyati əhəmiyyət daşıyır.
-
Yəmən Silahlı Qüvvələrinin irəliləyişlərindən qorxusu
Sen 11, 2026 12:48Yəmən Silahlı Qüvvələrinin qərb sahillərində heyrətamiz irəliləyişləri və strateji Əl-Müxa limanına nəzarəti sionist dairələrin diqqətini ciddi şəkildə cəlb edib və onları təşvişə salıb.