Yəhya Səri:
Səudiyyəyə qarşı iki əməliyyat keçirilib
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən iki əməliyyat zamanı Ər-Riyaddakı həssas obyekt və Yanbudakı “Saudi Aramco” şirkətinin obyekti ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatları ilə hədəfə alınıb. Sərinin sözlərinə görə, əməliyyatlar qarşıya qoyulan məqsədlərə nail olub
Yəhya Səri, Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib:
Münaqişənin kəskinləşməsinin başlanmasından bu gün axşamadək F-15 və “Tayfun” təyyarələrindən istifadə edilməklə Xamis Müşeyt və Taif bazalarından həyata keçirilən, həmçinin Nəcran və Cizandan həyata keçirilən raket hücumları nəticəsində ümumilikdə 1018 hava və raket zərbəsi endirilib. Bu hücumlarda Məarib, Səada, Hudeydə, Taiz, Əl-Covf və Əl-Beyda bölgələri hədəfə alınıb.
Bu hücumlar nəticəsində, qadın və uşaqlar da daxil olmaqla çoxsaylı insanın həlak olduğu və mülki infrastruktura böyük ziyan dəydiyi bildirilib.
1⃣ Bu əməliyyat Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən həssas bir obyekti hədəfə alıb.
2⃣ Bu əməliyyat zamanı Yanbu şəhərində yerləşən “Saudi Aramco” şirkəti bir neçə ballistik və qanadlı raket, həmçinin pilotsuz uçuş aparatlarından istifadə edilməklə hədəfə alınıb.
Bildirilib ki, Allahın yardımı ilə hər iki əməliyyat qarşıya qoyulan məqsədlərə uğurla çatıb.