İranın şərtləri qəbul edilərsə, Hörmüz boğazı yeddi gün ərzində açıla bilər
https://parstoday.ir/azeri/news/iran-i14520-İranın_şərtləri_qəbul_edilərsə_hörmüz_boğazı_yeddi_gün_ərzində_açıla_bilər
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, ABŞ İranın irəli sürdüyü şərtləri qəbul edərsə, Hörmüz boğazının açılması prosesi yeddi gün ərzində həyata keçirilə bilər. O qeyd edib ki, Vaşinqtonun lazımi tədbirləri görməsi halında boğazın daha qısa müddətdə, təxminən dörd-beş gün ərzində açılması mümkündür.
(last modified 2026-09-26T11:25:31+00:00 )
Sen 26, 2026 15:23 Asia/Baku
  • İranın şərtləri qəbul edilərsə, Hörmüz boğazı yeddi gün ərzində açıla bilər

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, ABŞ İranın irəli sürdüyü şərtləri qəbul edərsə, Hörmüz boğazının açılması prosesi yeddi gün ərzində həyata keçirilə bilər. O qeyd edib ki, Vaşinqtonun lazımi tədbirləri görməsi halında boğazın daha qısa müddətdə, təxminən dörd-beş gün ərzində açılması mümkündür.

 

 

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük plan haqqında deyib

 Yeddi günlük müddət ABŞ bu planı qəbul etdiyi andan başlayacaq. Əgər bu, sabah baş verərsə, planın icrasına həmin andan başlanılacaq.

 Lazımi tədbirlər həyata keçirildiyi təqdirdə, bu prosesi dörd və ya beş gün ərzində başa çatdıra biləcəyimizə inanırıq. Beləliklə, altıncı gün Hörmüz boğazı açılacaq, yeddinci gün isə ABŞ yekun razılaşma üçün prosesə qoşulacaq.

 ABŞ-ın həyata keçirməli olduğu tədbirlər daha əvvəl bu ölkəyə bildirilib və anlaşma memorandumunun çərçivəsində öz əksini tapıb.

 Əgər Amerika tərəfi tərəfindən lazımi ciddiyyət nümayiş etdirilərsə, bu proses həyata keçiriləcək və Hörmüz boğazı yenidən açılacaq.