alibafdan Bessentə:
Dövlət istiqrazlarının gəlirliliyində rekord qırmağınız mübarək olsun!
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ dövlət istiqrazlarının gəlirlilik dərəcəsinin rekord həddə çatmasına münasibət bildirib və ABŞ-nin maliyyə naziri Skott Bessentə müraciətlə yazıb: Dövlət istiqrazlarının gəlirliliyində rekord qırmağınız mübarək olsun!
İran İslam Şurası Məclisinin sədri ABŞ-nin dövlət istiqrazlarının gəlirlilik dərəcəsinin rekord həddə çatmasına münasibət bildirərək, özünün sosial media hesabında yazıb: Amerika! 10 illik dövlət istiqrazlarının 5,1 faizlik gəlirliliyi mübarək olsun! Maşaallah. Hələ üstəlik, bayram da etməlisiniz, çünki qarşıdakı iki il ərzində vəziyyət bundan da pis olacaq.
Qalibaf əlavə edib: İranı geriyə, 1970-ci illərə qaytarmaq istəyirdiniz? Heç kim sizə deməmişdi ki, İranla qarşıdurmaya getmək həvəskarların işi deyil?
İran İslam Şurası Məclisinin sədri vurğulayıb: İndi isə biz sizin özünüzü 1970-ci illərin vəziyyətinə qaytaracağıq; həmin yüksək faiz dərəcələri, benzinin fantastik qiymətləri, dizel yanacağının qıtlığı və əlbəttə ki, balaqları gen şalvarlarla! Bu nostaljidən doyunca zövq alın!