Səudiyyə Ərəbistanı Yəmənin yaratdığı görünməmiş çıxılmaz vəziyyətə düşüb
https://parstoday.ir/azeri/news/west_asia-i14404-səudiyyə_Ərəbistanı_yəmənin_yaratdığı_görünməmiş_çıxılmaz_vəziyyətə_düşüb
Sionist “İsrail Hayom” qəzeti yazıb ki, Səudiyyə Ərəbistanı şərqdə Hörmüz boğazı, cənubda Babül-Məndəb boğazı və Qırmızı dənizə aparan quru marşrutu ilə bağlı eyni vaxtda yaranan təhdidlər fonunda görünməmiş çıxılmaz vəziyyətlə üzləşib. Bu marşrutların hamısı ölkənin neft ixracı üçün həyati əhəmiyyət daşıyır.
(last modified 2026-09-14T07:49:18+00:00 )
Sen 14, 2026 11:47 Asia/Baku
  • Səudiyyə Ərəbistanı Yəmənin yaratdığı görünməmiş çıxılmaz vəziyyətə düşüb

Sionist “İsrail Hayom” qəzeti yazıb ki, Səudiyyə Ərəbistanı şərqdə Hörmüz boğazı, cənubda Babül-Məndəb boğazı və Qırmızı dənizə aparan quru marşrutu ilə bağlı eyni vaxtda yaranan təhdidlər fonunda görünməmiş çıxılmaz vəziyyətlə üzləşib. Bu marşrutların hamısı ölkənin neft ixracı üçün həyati əhəmiyyət daşıyır.

Pərs-Today İranın İRNA xəbər agentliyinə istinadla xəbər verir ki, “İsrail Hayom” qəzeti Səudiyyə Ərəbistanının Yəmənin Ənsarullah hərəkatına qarşı mübarizə aparmaq və onun Babül-Məndəb bölgəsində irəliləyişinin qarşısını almaq üçün Vaşinqtondan yardım istəyinin rədd edilməsindən sonra Ər-Riyada təzyiqlərin artdığını bildirib.

 

İsrail qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının Yəmənə birbaşa hərbi müdaxilə tələbinə cavab verməyib.

 

“İsrail Hayom”un məlumatına görə, bu vəziyyət Fars körfəzi ölkələrini alternativ variantlar axtarmağa vadar edib.

 

Qəzet qeyd edib ki, Fars körfəzi ölkələrinin xarici işlər nazirləri ilə iranlı həmkarları Abbas Əraqçinin Oman’da keçirilməsi gözlənilən görüşü də məhz bu çərçivədə baş tutacaq.

 

“İsrail Hayom” əlavə edib ki, Oman və İranın Hörmüz boğazında dəniz nəqliyyatı ilə bağlı müvəqqəti razılaşmalar əldə etmək səyləri Fars körfəzi ölkələrinin üzləşdiyi təzyiqi göstərir.