Oman görüşü təxirə salındı
https://parstoday.ir/azeri/news/iran-i14406-oman_görüşü_təxirə_salındı
İran Xarici İşlər Nazirliyinin Körfəz idarəsinin baş direktoru bildirib: Hörmüz boğazı ilə bağlı görüş bəzi regional ölkələrin müraciəti və Tehranla Maskatın birgə qərarı əsasında təxirə salınıb.
(last modified 2026-09-14T07:53:39+00:00 )
Sen 14, 2026 11:51 Asia/Baku
  • Oman görüşü təxirə salındı

İran Xarici İşlər Nazirliyinin Körfəz idarəsinin baş direktoru bildirib: Hörmüz boğazı ilə bağlı görüş bəzi regional ölkələrin müraciəti və Tehranla Maskatın birgə qərarı əsasında təxirə salınıb.

Pərs-Today xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin Körfəz idarəsinin baş direktoru Məhəmməd Əli Bək bazar günü bildirib: Regionun bəzi ölkələrinin müraciəti və Omanla İranın birgə qərarı əsasında bazar ertəsi keçirilməsi planlaşdırılan Fars körfəzi sahili ölkələrinin xarici işlər nazirlərinin görüşü başqa tarixə təxirə salınıb.

 

O əlavə edib ki, İran İslam Respublikası Omanla sıx məsləhətləşmələr apararaq görüşün keçirilməsi üçün uyğun vaxtla bağlı lazımi koordinasiyanı həyata keçirəcək.

 

Omanın xarici işlər naziri də rəsmi bəyanatında bazar ertəsi bu ölkədə Hörmüz boğazı ilə bağlı keçirilməsi planlaşdırılan regional görüşün vaxtının dəyişdirildiyini açıqlayıb.

 

Bədr Əl-Busaidi bildirib: Regional görüşün sabah Omanın Salalah şəhərində keçirilməsi planlaşdırılırdı, lakin konsensusa nail olunmasını təmin etmək məqsədilə görüş təxirə salınıb.