Laqard:
ABŞ-ın İranla müharibəsi səbəbindən Avropada inflyasiya yüksək olaraq qalacaq
Sen 13, 2026 13:49 Asia/Baku
Avropa Mərkəzi Bankının prezidenti xəbərdarlıq edib ki, ABŞ-ın İrana qarşı müharibəsi səbəbindən avrozonada inflyasiya əvvəlki proqnozlarla müqayisədə daha uzun müddət yüksək olaraq qalacaq.
ParsToday-in məlumatına görə, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard vurğulayıb: ABŞ-ın İrana qarşı müharibəsinin davam etməsi və xüsusilə Rusiyada neft emalı gücünün azalması enerji qiymətlərini təzyiq altında saxlamaqla yanaşı, hətta iqtisadi artımı da təhdid edir.
Bu açıqlamalar Avropa Mərkəzi Bankının İrana qarşı müharibənin başlanmasından sonra ikinci dəfə faiz dərəcələrini artıraraq depozit faizini 2,5 faizə çatdırmasından sonra səsləndirilib.