İstefamın Trampın iddiaları ilə heç bir əlaqəsi yoxdur
https://parstoday.ir/azeri/news/iran-i14568-İstefamın_trampın_iddiaları_ilə_heç_bir_əlaqəsi_yoxdur
Keçmiş neft naziri Möhsin Paknejad X sosial şəbəkəsində yazıb: İstefamın Trampın ötən gecə irəli sürdüyü iddialarla heç bir əlaqəsi yoxdur.
(last modified 2026-10-07T15:17:55+00:00 )
Okt 07, 2026 19:14 Asia/Baku
  • İstefamın Trampın iddiaları ilə heç bir əlaqəsi yoxdur

Keçmiş neft naziri Möhsin Paknejad X sosial şəbəkəsində yazıb: İstefamın Trampın ötən gecə irəli sürdüyü iddialarla heç bir əlaqəsi yoxdur.

 

Möhsin Paknejad şəxsi X hesabında yazıb: İstefamın Trampın ötən gecə irəli sürdüyü iddialarla heç bir əlaqəsi yoxdur. Paknejad vətən əsgəri və əziz İran uğrunda canından keçməyə hazır olan milyonlarla insandan biridir.

Neft naziri vəzifəsinə təyin olunmağımdan cəmi bir neçə ay sonra İran xalqının bir nömrəli düşməni tərəfindən sanksiyaya məruz qalsam da, Allahın lütfü ilə neft sənayesinin fədakar əməkdaşlarının səyləri nəticəsində İran neftinin hasilatı və ixracı hətta sanksiyalar və mühasirə şəraitində də davam etdi. Onlar ağır zərbə alıblar, belə yalan iddialar irəli sürməyə sığınmaları təbiidir.