Yəmən Səudiyyə Ərəbistanının hərbi bazasına raket və PUA zərbələri endirib
https://parstoday.ir/azeri/news/iran-i14396-yəmən_səudiyyə_Ərəbistanının_hərbi_bazasına_raket_və_pua_zərbələri_endirib
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Səudiyyə Ərəbistanının “Şərurə” bölgəsində yerləşən hərbi bazasına raket və pilotsuz uçuş aparatları ilə birgə hücum həyata keçirildiyini açıqlayıb.
(last modified 2026-09-13T10:01:58+00:00 )
Sen 13, 2026 14:00 Asia/Baku
  • Yəmən Səudiyyə Ərəbistanının hərbi bazasına raket və PUA zərbələri endirib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Səudiyyə Ərəbistanının “Şərurə” bölgəsində yerləşən hərbi bazasına raket və pilotsuz uçuş aparatları ilə birgə hücum həyata keçirildiyini açıqlayıb.

ParsToday-in məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, Yəmən ordusu Səudiyyə Ərəbistanının cənubundakı Şərurə bölgəsində yerləşən hərbi bazada səudiyyəlilərin silah anbarlarını və komanda məntəqələrini hədəfə alıb.

 

Səri əlavə edib ki, əməliyyat çoxsaylı ballistik raketlərin atılması və pilotsuz uçuş aparatlarının buraxılması ilə həyata keçirilib və nəzərdə tutulan hədəflər dəqiq və birbaşa vurulub.

 

Yəmən Silahlı Qüvvələrinin sözçüsü vurğulayıb ki, bu əməliyyat Səudiyyə Ərəbistanının Yəmənə qarşı davam edən hücum və təcavüzlərinə cavab olaraq həyata keçirilib.