Xalqın müqaviməti sayəsində İsrail üç müharibəsinin hər birində məğlub olub
https://parstoday.ir/azeri/news/west_asia-i14226-xalqın_müqaviməti_sayəsində_İsrail_üç_müharibəsinin_hər_birində_məğlub_olub
Hizbullahın baş katibi Vəhdət Həftəsi münasibətilə çıxışında bildirib: “İsrail üç müharibəsinin hər birində məğlub olub və bu məğlubiyyətin səbəbi xalqın müqaviməti olub.”
(last modified 2026-08-30T09:16:00+00:00 )
Avq 30, 2026 13:14 Asia/Baku
  •  Xalqın müqaviməti sayəsində İsrail üç müharibəsinin hər birində məğlub olub

Hizbullahın baş katibi Vəhdət Həftəsi münasibətilə çıxışında bildirib: “İsrail üç müharibəsinin hər birində məğlub olub və bu məğlubiyyətin səbəbi xalqın müqaviməti olub.”

 Hizbullahın baş katibi, Vəhdət Həftəsi münasibətilə çıxışında bildirib: “İsrail üç müharibəsinin hər birində məğlub olub və bu məğlubiyyətin səbəbi xalqın müqavimət göstərməsi olub.” O əlavə edib: “Müqavimət göstərdiyimiz və müqavimətimizi davam etdirdiyimiz müddətdə düşmən öz məqsəd və planlarını həyata keçirə bilməyəcək.”

Hizbullahın baş katibi deyib: “İstənilən səviyyədə müqavimət, hətta bunun ağır bədəli olsa belə, bizim mövqeyimizi bərpa etmək üçün zəmin yaradır, məqsədlərimizi həyata keçirmək imkanlarımızı artırır və düşmənin planlarının iflasa uğramasına səbəb olur.”

 

Şeyx Naim Qasım vurğulayıb: “İsrail üç müharibəsində xalqın müqaviməti və dayanıqlılığı sayəsində məğlub olub. Biz müqavimət göstərdiyimiz müddətdə onlar öz plan və məqsədlərinə nail ola bilməyəcəklər.”

 

Hizbullahın baş katibi əlavə edib: “İstənilən müqavimət və dayanıqlılıq, bunun bədəli nə qədər ağır olsa da, mövqeyimizi geri qaytarmağın, məqsədlərimizə çatmaq imkanlarımızı gücləndirməyin və düşmənin planlarını məhv etməyin təməli olacaq.”

 

O, müsəlmanlar arasında fikir ayrılıqlarının daxili cəbhənin açılmasına səbəb olmamalı və bizi əsas düşmənimizdən yayındırmamalı olduğunu vurğulayaraq deyib: “Şəhid imam Ayətullah Xamenei İslam dünyasında nəzəri birlikdən praktiki birliyə doğru hərəkət etdi; Fələstin məsələsini canlı saxlayan birlik məhz bu idi.”

 

Şeyx Qasım bildirib: “Fələstinə qan, silah, maliyyə, qarşıdurma və İsrailə, həmçinin Vaşinqtona qarşı ortaq düşmənçilik yolu ilə dəstək göstərildi və bütün bunlar real birliyin ifadəsidir.”

 

Şeyx Qasım əlavə edib: “Hüquqlarımızı və torpaqlarımızı müdafiə etdiyimiz müddətdə düşmənlər öz plan və məqsədlərinə çata bilməyəcək və uğur qazana bilməyəcəklər. Baxmayaraq ki, bu yol böyük fədakarlıqlar və çoxlu qanların axıdılması ilə müşayiət oluna bilər.”

 

Şeyx Naim Qasım xəbərdarlıq edib: “Düşmən qarşısında istənilən geri çəkilmə bizim məhvimizə gətirib çıxaracaq. Çünki düşmən mərhəmətsiz davranır və dünyaya özü hökmranlıq etməyə çalışır.”