Qəşqavi:
«Fars körfəzi» adının tam yazılması məcburi edildi
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası bütün danışıqlar, müqavilələr, sazişlər, nəşrlər və rəsmi sənədlərdə, eləcə də gəmilər və donanmalarla bağlı rabitə danışıqlarında «Fars körfəzi» adının tam şəkildə qeyd olunmasını məcburi edən müddəanı təsdiqləyib.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü bildirib ki, deputatlar Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyinin təmin edilməsi və davamlı inkişafı üzrə strateji tədbirlər planında bütün danışıqlarda, müqavilələrdə, sazişlərdə, nəşrlərdə, müvafiq sənədlərdə, habelə gəmilər və donanmalarla bağlı rabitə danışıqlarında «Fars körfəzi» adının tam şəkildə qeyd olunmasını məcburi edən müddəanı təsdiqləyiblər. Yəni mütləq «Fars körfəzi»nin tam adı işlədilməlidir.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Həsən Qəşqavi bazar günü (20 sentyabr) axşam Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclası barədə jurnalistlərə deyib: Bugünkü iclasda Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyinin təmin edilməsi və davamlı inkişafı üzrə strateji tədbirlər planının müzakirəsi komissiya üzvlərinin gündəliyinə daxil edildi və bundan əvvəl təxirə salınmış 10-cu maddə təsdiq edildi.
O əlavə edib: 10-cu maddəyə əsasən, Hörmüz boğazı ərazisində rabitə şəbəkələri və informasiya texnologiyaları infrastrukturunun, o cümlədən fiber-optik şəbəkələrin yaradılması, istismarı və inkişaf etdirilməsi İran İslam Respublikasının səlahiyyətli qurumlarının razılığından asılıdır.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü vurğulayıb: Daha sonra deputatlar bu planın 12-ci maddəsini təsdiqləyiblər. Buna əsasən, bütün danışıqlarda, müqavilələrdə, sazişlərdə, nəşrlərdə, müvafiq sənədlərdə, habelə gəmilər və donanmalarla bağlı rabitə danışıqlarında “Fars körfəzi” adının tam şəkildə qeyd olunması məcburi edilir. Yəni mütləq “Fars körfəzi”nin tam adı işlədilməlidir.
Qəşqavi qeyd edib: Planın gəmilərin Hörmüz boğazından İran İslam Respublikasının tətbiq etdiyi qaydalara uyğun keçidi ilə bağlı müddəaları əhatə edən 13-cü maddəsi isə Milli Təhlükəsizlik Komissiyasında deputatlar tərəfindən hələ də müzakirə olunur.