Düşmən məqsədinə çata bilmədi və rüsvayçılıqla regionu tərk etdi
https://parstoday.ir/azeri/news/iran-i14464-düşmən_məqsədinə_çata_bilmədi_və_rüsvayçılıqla_regionu_tərk_etdi
İran Ordusunun koordinasiya üzrə müavini kontr-admiral Həbibullah Səyyari bildirib ki, düşmənin İranın ərazi bütövlüyünə və ölkənin siyasi quruluşuna zərbə vurmaq məqsədləri uğursuzluğa düçar olub və düşmən məqsədlərinə çata bilmədiyi üçün regionu tərk etməyə məcbur olub.
(last modified 2026-09-21T04:49:37+00:00 )
Sen 21, 2026 08:47 Asia/Baku
  •  Düşmən məqsədinə çata bilmədi və rüsvayçılıqla regionu tərk etdi

İran Ordusunun koordinasiya üzrə müavini kontr-admiral Həbibullah Səyyari bildirib ki, düşmənin İranın ərazi bütövlüyünə və ölkənin siyasi quruluşuna zərbə vurmaq məqsədləri uğursuzluğa düçar olub və düşmən məqsədlərinə çata bilmədiyi üçün regionu tərk etməyə məcbur olub.

 

 Ordunun koordinasiya üzrə müavini bildirib: Düşmənin məqsədlərindən biri İran İslam Respublikasının ərazi bütövlüyünə və müqəddəs quruluşuna zərbə vurmaq idi, lakin o, öz məqsədlərinə çata bilmədi və uğursuzluqla, rüsvayçılıqla regionu tərk etməyə məcbur olub.

 

Kontr-admiralı Həbibullah Səyyari bazar günü Ordunun təhsil məktəblərində təhsil alan gizir heyəti şagirdlərinin 11-ci birgə ilkin döyüş hazırlığı kursunun yekun mərasimində Müqəddəs Müdafiə Həftəsini qeyd edərək şəhidlərin yolunun davam etdirilməsini və ordunun yeni qüvvələrinin ölkənin müdafiəsində üzərinə düşən ağır məsuliyyəti vurğulayıb. Ordunun koordinasiya üzrə müavini İran İslam Respublikası Ordusunun missiyasına toxunaraq deyib: Aydındır ki, İran İslam Respublikası Ordusunun missiyasının üç əsas mühüm sözü var; birincisi, ölkənin ərazi bütövlüyünün müdafiəsi; ikincisi, ölkənin müstəqilliyinin müdafiəsi; üçüncüsü isə İran İslam Respublikasının müqəddəs quruluşunun qorunmasıdır.

Kontr-admiral Səyyari son müharibələr barədə deyib: Necə ki, səkkiz illik Müqəddəs Müdafiə dövründə düşmən qarşısına qoyduğu məqsədlərə çata bilmədi, 12 günlük müharibədə və Ramazan müharibəsində də düşmənin məqsədlərindən biri İran İslam Respublikasının ərazi bütövlüyünə və müqəddəs quruluşuna zərbə vurmaq idi, lakin o, məqsədlərinə çata bilmədi. Düşmən məqsədlərinə çata bilmədikdə məğlub olub və uğursuzluqla, rüsvayçılıqla regionu tərk etməyə məcbur qalıb.

O əlavə edib: Bu müqavimət döyüşçülərin fədakarlığı, xalqın dəstəyi, dözümlülüyü, vəhdəti və həmrəyliyi, eləcə də bütün sahələrin əl-ələ verməsi nəticəsində baş verib. Düşmən öz məqsədlərinə çata bilmədikdə məğlub olub.