İran Xarici İşlər Nazirliyinin sözçüsü:
İran Pakistana qarşı terror hücumunu pislədi
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Pakistanın Xeybər-Paxtunxva əyalətinin Kohat şəhərində polis mərkəzinin yaxınlığındakı məsciddə cümə namazı zamanı baş verən, onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən terror hücumunu kəskin şəkildə pisləyib
Pars Today-nin İRNA-ya istinadən verdiyi xəbərə görə, İsmayıl Bəqai İran İslam Respublikasının terrorizmin və zorakı ekstremizmin bütün formalarını qətiyyətlə pisləyən prinsipial mövqeyini vurğulayaraq bildirib ki, mülki şəxslərə və təhlükəsizliyi qoruyan qüvvələrə qarşı terror və zorakılıq əməllərinin heç bir halda heç bir əsaslandırması yoxdur.
Bəqai həmçinin terrorizmlə səmərəli və davamlı mübarizə aparmaq üçün region ölkələri arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsinin zəruriliyini vurğulayıb.