SEPAH Hərbi Dəniz Qüvvələri:
Hörmüz boğazından qanunsuz keçid qaydanı pozan gəminin məhv edilməsindən başqa nəticə verməyəcək
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, general Əli Əzmayi cümə günü səhər yaydığı bəyanatda vurğulayıb ki, Hörmüz boğazından qanunsuz keçid qaydanı pozan gəminin məhv edilməsindən başqa heç bir nəticə verməyəcək.
Bismillah, Qasımül-cəbbarin
Əziz İran İslam xalqı!
Sizin 200 gecə ardıcıl olaraq meydanda göstərdiyiniz qəhrəmanlıq iştirakının davam etdiyi bir vaxtda, İslamın cəsur döyüşçüləri və SEPAH Hərbi Dəniz Qüvvələrinin dənizçiləri həyati əhəmiyyət daşıyan Hörmüz boğazının su yoluna nəzarəti güclü şəkildə davam etdirir və heç bir təcavüzkara oradan keçməyə icazə vermirlər.
Ötən gecə Toqo bayrağı altında üzən “Trend” adlı qaydanı pozan neft tankeri ABŞ ordusunun təhriki və aldadıcı yönləndirməsi ilə Hörmüz boğazından qanunsuz keçməyə cəhd edib. Gəmi vurulub və üzərində yanğın baş verdikdən sonra hərəkətini dayandırıb.
SEPAH Hərbi Dəniz Qüvvələri bir daha xəbərdarlıq edir ki, Hörmüz boğazından qanunsuz keçid qaydanı pozan gəminin məhv edilməsindən başqa heç bir nəticə verməyəcək.