Qərbin məqsədi Cənubi Qafqazda Rusiya və İranın mövqelərini zəiflətməkdir
https://parstoday.ir/azeri/news/world-i14444-qərbin_məqsədi_cənubi_qafqazda_rusiya_və_İranın_mövqelərini_zəiflətməkdir
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ABŞ və Avropanın Cənubi Qafqazda Rusiya və İranın mövqelərini zəiflətməyə, regionun resursları və logistika imkanlarına nəzarəti gücləndirməyə çalışdığını iddia edib.
(last modified 2026-09-18T07:44:21+00:00 )
Sen 18, 2026 11:38 Asia/Baku
  • Qərbin məqsədi Cənubi Qafqazda Rusiya və İranın mövqelərini zəiflətməkdir

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ABŞ və Avropanın Cənubi Qafqazda Rusiya və İranın mövqelərini zəiflətməyə, regionun resursları və logistika imkanlarına nəzarəti gücləndirməyə çalışdığını iddia edib.

 

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, ABŞ və Avropa Cənubi Qafqazda Rusiya və İranın mövqelərini zəiflətmək, regionun resursları və logistika imkanlarına nəzarət etmək istəyir.

 

Onun sözlərinə görə, Qərb Cənubi Qafqaz ölkələrinin Rusiya ilə əlaqələrini zəiflətməyə və regionda gərginlik ocaqları yaratmağa çalışır. Şoyqu həmçinin Ermənistan və Gürcüstanın siyasi proseslərinə Qərbin müdaxilə etdiyini iddia edib və İrəvanın Rusiya ilə əlaqələri azaltmaq, Qərblə əməkdaşlığı genişləndirmək siyasəti yürütdüyünü bildirib.