İranın mövqelərini beynəlxalq platformalarda qətiyyətlə müdafiə edəcəyik
https://parstoday.ir/azeri/news/iran-i14480-İranın_mövqelərini_beynəlxalq_platformalarda_qətiyyətlə_müdafiə_edəcəyik
İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasına yola düşməzdən əvvəl bildirib ki, İran xalqının mesajını dünya ictimaiyyətinə çatdırmaq və ölkənin mövqelərini beynəlxalq platformalarda müdafiə etmək üçün bu fürsətdən istifadə edəcək. O, həmçinin əvvəlki razılaşmaların pozulduğunu bildirərək, İranın məruz qaldığı hadisələri Baş Assambleyanın diqqətinə çatdıracağını deyib.
(last modified 2026-09-22T06:11:42+00:00 )
Sen 22, 2026 10:09 Asia/Baku
  • İranın mövqelərini beynəlxalq platformalarda qətiyyətlə müdafiə edəcəyik

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasına yola düşməzdən əvvəl bildirib ki, İran xalqının mesajını dünya ictimaiyyətinə çatdırmaq və ölkənin mövqelərini beynəlxalq platformalarda müdafiə etmək üçün bu fürsətdən istifadə edəcək. O, həmçinin əvvəlki razılaşmaların pozulduğunu bildirərək, İranın məruz qaldığı hadisələri Baş Assambleyanın diqqətinə çatdıracağını deyib.

 

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl İranın beynəlxalq platformalarda mövqelərinin müdafiə olunacağını vurğulayıb.

 

Pezeşkian iranlıların və ölkənin hərbçilərinin son hadisələr zamanı böyük çətinliklərə dözdüyünü və İranın bu prosesdən «başıuca» çıxdığını bildirib. O əlavə edib ki, İran BMT-dəki iştirakından ölkənin mesajını çatdırmaq üçün istifadə edəcək və beynəlxalq platformalarda öz mövqelərini qətiyyətlə müdafiə edəcək.

 

İran Prezidenti bildirib ki, Baş Assambleyada çıxışı zamanı İran xalqının məruz qaldığı haqsızlıqlar, düşmənlərin əməlləri və yaranmış etimadsızlıq barədə danışacaq. O, əvvəlki danışıqlara və əldə olunmuş razılaşmalara toxunaraq, qarşı tərəfin danışıqlara və anlaşmaya baxmayaraq razılaşmaları pozduğunu deyib.

 

Pezeşkian həmçinin bildirib ki, insanları zor gücünə itaətə məcbur etmək mümkün deyil. O, Yəmən, Fələstin, Suriya və İranda baş verən hadisələrə toxunaraq, bəzi ölkələrin öz əməllərini «terrorizmlə mübarizə» adı altında təqdim etdiyini bildirib. Pezeşkian sual edib: «Minaab və Lamərddə həlak olan günahsız uşaqlar terrorçu idilərmi? Evlərə və xəstəxanalara hücum terrorizmlə mübarizədir?»