Sülh üçün qapı hələ də açıqdır
https://parstoday.ir/azeri/news/west_asia-i14472-sülh_üçün_qapı_hələ_də_açıqdır
Yəmən Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat bildirib ki, Səudiyyə Ərəbistanının mühasirəsi və genişmiqyaslı hücumlarına baxmayaraq, Yəmən xalqının iradəsi sarsılmayıb. O, Səudiyyə Ərəbistanını sülh prosesini başa çatdırmağa çağıraraq, Yəmənin suverenliyinin və milli resurslarının bərpası istiqamətində mübarizənin davam edəcəyini vurğulayıb.
(last modified 2026-09-21T07:34:40+00:00 )
Sen 21, 2026 11:32 Asia/Baku
  •  Sülh üçün qapı hələ də açıqdır

Yəmən Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat bildirib ki, Səudiyyə Ərəbistanının mühasirəsi və genişmiqyaslı hücumlarına baxmayaraq, Yəmən xalqının iradəsi sarsılmayıb. O, Səudiyyə Ərəbistanını sülh prosesini başa çatdırmağa çağıraraq, Yəmənin suverenliyinin və milli resurslarının bərpası istiqamətində mübarizənin davam edəcəyini vurğulayıb.

 

 Yəmən Ali Siyasi Şurasının sədri 21 sentyabr inqilabının 12-ci ildönümü münasibətilə bu ölkənin xalqına, silahlı və təhlükəsizlik qüvvələrinə təşəkkürünü bildirərək vurğulayıb ki, genişmiqyaslı hücumlara və Səudiyyə Ərəbistanının mühasirəsinə baxmayaraq, Yəmən xalqının iradəsi hələ də sarsılmaz olaraq qalır.

 

Yəmən Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat 21 sentyabr inqilabının 12-ci ildönümü münasibətilə Yəmən inqilabının lideri Əbdülməlik Bədrəddin əl-Husini təbrik edib və bu inqilabın qələbəsindən və ildönümünün yetişməsindən məmnunluğunu ifadə edib.

Əl-Məşat Yəmənin müqavimət göstərən xalqına təşəkkür və minnətdarlığını bildirib və xüsusilə silahlı və təhlükəsizlik qüvvələrinin mücahidlərinə, şəhid ailələrinə, yaralılara və əsirlərə minnətdarlığını ifadə edib.

O, həmçinin Yəmənin qərb sahillərinin bütün ərazilərindən Səudiyyə Ərəbistanına bağlı qüvvələrin çıxarılmasına və qələbəyə görə Allaha şükür etdiyini bildirib.

Əl-Məşat son günlərdə bir sıra əsirlərin azad edilməsini təbrik edib və bütün əsirlərin azad edilməsi istiqamətində səylərin davam etdiriləcəyinə söz verib. O, bunu milli, etiqadi, insani və inqilabi öhdəlik adlandırıb.

Yəmən Ali Siyasi Şurasının sədri bildirib ki, nüfuz və korrupsiya qüvvələri uzun illər ərzində ölkənin resurslarını israf etməyə, böhranlar və qarşıdurmalar yaratmağa və milli qərarı xaricdən asılı vəziyyətə salmağa sərf ediblər. Onlar Yəmən Respublikasının yaradılmasından etibarən bu ölkə xalqının istədiyi dövləti qurmaqda uğursuz olublar və nəticədə Yəməni kövrək bir ölkəyə çeviriblər.

Yəmən Ali Siyasi Şurasının sədri daha sonra bildirib ki, gərginliyin azaldığı dövrdə Səna Ər-Riyaddan yol xəritəsini həyata keçirməsini və sülh prosesini başa çatdırmasını istəyib. Lakin Ər-Riyad bunun əvəzinə inadkarlıq və yubanmaya əl atıb və Yəmən xalqının Fələstinə dəstəklə məşğul olmasından sui-istifadə edərək bu ölkəyə qarşı mühasirəni gücləndirib.

Əl-Məşat bildirib ki, xalqın tələblərinə cavab olaraq, Yəmən rəhbərliyinin göstərişi ilə bu ölkə tələblərin irəli sürülməsi mərhələsindən əməli fəaliyyət mərhələsinə keçib və «mühasirəyə qarşı mühasirə, gərginliyin artırılmasına qarşı gərginliyin artırılması» düsturunu elan edib.

Yəmən Ali Siyasi Şurasının sədri ölkə xalqına müraciətlə deyib: Bu mübarizəni davam etdirərkən, maaş və ödənişlərin kəsilməsi, resursların qurudulması və milli valyutanın hədəfə alınması nəticəsində hansı əziyyətləri çəkdiyinizi bilirik və sizin müqavimətiniz qarşısında böyük hörmətlə baş əyirik.

O, Səudiyyə Ərəbistanının Yəmən ordusunun Məkkəni hədəfə alması ilə bağlı iddiasını «böhtan və yalan» adlandırıb və deyib: Bu iddiadan uzağıq və Səudiyyə Ərəbistanına deyirik ki, sənin alçaq cəhdin uğursuzluğa düçar olub; bütün dünya bizim ordumuzun nəcibliyini bilir və anlayır ki, sən yalnız bu məsələdən sui-istifadə etməyə çalışırsan.

Əl-Məşat Yəmən silahlı qüvvələrinin bəzi sahilyanı ərazilərdə həyata keçirdiyi əməliyyatları «Yəmənin suverenliyinin həyata keçirilməsi və Səudiyyə qüvvələrinin çıxarılması çərçivəsində milli əməliyyat» kimi xarakterizə edib.

O vurğulayıb ki, Yəmən hökuməti, ordusu və xalqı Ənsarullah liderinin rəhbərliyi altında təcavüzə və Səudiyyə Ərəbistanının ədalətsiz mühasirəsinə son qoymaq, hava limanlarını və limanları açmaq, milli resursları geri qaytarmaq və təzminatları almaq istiqamətində öz yolunu davam etdirəcək.

Əl-Məşat həmçinin bildirib: Dünyaya bir daha vurğulayırıq ki, Yəmənin Birləşmiş Millətlər Təşkilatındakı kürsüsü və bu ölkənin BMT Baş Assambleyasının illik iclasındakı nümayəndəliyi boşdur. Kim bu kürsünü öz adına çıxarsa, Yəmənin nümayəndəsi

 

تیتر و لید ب اذری