İranla müharibədə mindən çox israilli hərbçi öldürülüb
https://parstoday.ir/azeri/news/west_asia-i14256-İranla_müharibədə_mindən_çox_israilli_hərbçi_öldürülüb
İran Silahlı Qüvvələrinin baş sözçüsü bildirib: İranla müharibədə 1 mindən çox İsrail hərbçisi öldürülüb, minlərlə hərbçi isə yaralanıb.
(last modified 2026-09-01T13:15:28+00:00 )
Sen 01, 2026 17:13 Asia/Baku
  •  İranla müharibədə  mindən çox israilli hərbçi öldürülüb

İran Silahlı Qüvvələrinin baş sözçüsü bildirib: İranla müharibədə 1 mindən çox İsrail hərbçisi öldürülüb, minlərlə hərbçi isə yaralanıb.

 

İran İslam Respublikası Silahlı Qüvvələrinin baş sözçüsü general Əbülfəzl Şekarçi bildirib ki, ABŞ ordusu müsəlman ölkələrinin resurslarını qarət və talan etmək məqsədilə yaradılmış “Hollivud və təbliğat ordusudur”.

 

O deyib: “Bizim ən böyük fəxrimiz ABŞ və İsrail rejiminin ordularının Hollivud obrazını ifşa etməyimizdir. Bütün dünya bu iki ordunun nə qədər zəif və ruhdan düşmüş olduğunu anladı.”

 

Şekarçi əlavə edib ki, bu gün dünya ölkələri, hətta ABŞ ordusunun hərbi bazalarının yerləşdiyi bəzi dövlətlər belə artıq amerikalılara etibar etmir. Onlar belə qənaətə gəliblər ki, özünü müdafiə edə bilməyən ABŞ müttəfiqlərini necə müdafiə edə bilər?

 

İranlı general ABŞ ordusunun müharibədə verdiyi itkilər barədə də danışıb. O bildirib ki, mövcud dəlil və faktlara əsasən, ABŞ İran İslam Respublikası Silahlı Qüvvələri ilə üçüncü məcburi müharibədə yüzlərlə hərbçisini itirib, minlərlə amerikalı hərbçi isə yaralanıb.

 

Şekarçinin sözlərinə görə, İsrailin ABŞ ordusunun əməkdaşlığı ilə İrana qarşı hərbi təcavüzü zamanı da 1 mindən çox israilli hərbçi öldürülüb, minlərlə israilli hərbçi yaralanıb.

 

O iddia edib ki, ABŞ və İsrail rejimi ölən hərbçilərin sayı ilə bağlı həqiqəti gizlədir və rəqəmləri senzura edir. Şekarçi misal olaraq bildirib ki, ABŞ Əfqanıstan və İraqdakı müharibələrdə həlak olan hərbçilərlə bağlı məlumatları bəzən onların ölümündən illər sonra açıqlayır və daha sonra cənazələrini ailələrinə təhvil verir.