ABŞ-nin bədxah niyyətinin həyata keçməsinə imkan verməyəcəyik
https://parstoday.ir/azeri/news/iran-i14608-abŞ_nin_bədxah_niyyətinin_həyata_keçməsinə_imkan_verməyəcəyik
Prezident əlavə edib: Ölkə nəinki süqut etməyib, əksinə, birlik, həmrəylik və qarşılıqlı anlaşma daha da güclənib. O, sözlərinə davam edərək deyib: “Düşmən dəniz yolunu bağladı, hava yollarını da bağlamaq istəyir.
(last modified 2026-10-15T15:48:30+00:00 )
Okt 15, 2026 19:46 Asia/Baku
  • ABŞ-nin bədxah niyyətinin həyata keçməsinə imkan verməyəcəyik

Prezident əlavə edib: Ölkə nəinki süqut etməyib, əksinə, birlik, həmrəylik və qarşılıqlı anlaşma daha da güclənib. O, sözlərinə davam edərək deyib: “Düşmən dəniz yolunu bağladı, hava yollarını da bağlamaq istəyir.

 

 

Prezident Məsud Pezeşkian bildirib: Düşmən ölkəmizin əziz xalqına xidmət göstərməyimizə mane olmaq üçün bütün səylərini göstərir. Daha sonra xalqın narazılığına səbəb yaratmağa çalışır ki, öz qənaətlərinə görə, sosial etirazlar baş qaldırsın və bədxah niyyətlərinə çatsınlar. Lakin istehsalçıların, ixracatçıların və sahibkarların köməyi ilə ABŞ-nin bu bədxah niyyətinin həyata keçməsinə imkan verməyəcəyik.

 

Prezident Məsud Pezeşkian bu gün, cümə axşamı, oktyabrın 15 Təbrizdə Şərqi Azərbaycan əyalətinin Planlaşdırma və İnkişaf Şurasının iclasında iştirak edən əyalət rəsmilərinə onlayn müraciət edərək deyib: “Əyalətdə işlərin vəziyyəti ilə bağlı ilk addım ondan ibarətdir ki, biz müdirlərə səlahiyyətlər vermişik. İndi hər biriniz prezident kimisiniz və bizdən asılı olmamalısınız.

​

Çünki orada əyləşənlərin hamısı lazımi işləri görmək iqtidarındadır və bunu bacarır”. Prezident bildirib ki, hazırkı problemlərin miqyası inqilabdan ötən 48 il ərzində görünməmiş səviyyədədir.

​

O deyib: “Heç vaxt bu dərəcədə mühasirədə, müharibə şəraitində və çətinliklər içində olmamışıq. Lakin düşmənin hücum etməsinə, əziz Liderimizi şəhid etməsinə, bir sıra komandirləri, məsul şəxsləri və nazirləri şəhid etməsinə baxmayaraq, düşmən ölkənin süqut edəcəyini gözləyirdi, amma məqsədlərinə çatmaqda uğursuz oldu”.

​

Prezident əlavə edib: Ölkə nəinki süqut etməyib, əksinə, birlik, həmrəylik və qarşılıqlı anlaşma daha da güclənib. O, sözlərinə davam edərək deyib: “Düşmən dəniz yolunu bağladı, hava yollarını da bağlamaq istəyir.

​

Ölkəmizin əziz xalqına xidmət göstərməyimizə mane olmaq üçün digər yolları da bağlamağa çalışır. Bununla da xalqın narazılığına səbəb olmaq və öz qənaətlərinə görə, sosial etirazların baş verməsinə şərait yaratmaq istəyir ki, bədxah niyyətlərinə çatsın.

​

Lakin sizin – istehsalçıların, ixracatçıların və sahibkarların köməyi ilə ABŞ-nin bu bədxah niyyətinin həyata keçməsinə imkan verməyəcəyik”. Pezeşkian bildirib ki, düşmən yolları bağlamaqla problemlərin həlli üçün çıxış yolu tapa bilməyəcəyimizi düşünür.

​

O deyib: “Biz sizinlə birlikdə çıxış yolu tapacağıq. Təbrizdə bu iclasda iştirak edən əziz qardaşlarımıza dəfələrlə vurğulamışam: ya yol tapacağıq, ya da yol açacağıq.

​

Bu, bizim iradəmizdir və inşallah, sizin köməyinizlə bunu həyata keçirəcəyik”. Prezident bu vəziyyətdə qalmağı qəbul etməməli olduğumuzu vurğulayaraq qeyd edib: “Əgər bunu qəbul etməsək, təbii ki, seçdiyimiz məqsədə çatmaq üçün Allah qarşımızda yollar açacaq və bizi Öz yollarına yönəldəcək.

​

Buna əminəm və inanıram ki, sizin köməyinizlə bu yolu keçəcəyik”.