MAQATE Rəhbərlər Şurasının İrana qarşı qətnaməsi tamamilə siyasi qərar idi
https://parstoday.ir/azeri/news/iran-i14392-maqate_rəhbərlər_Şurasının_İrana_qarşı_qətnaməsi_tamamilə_siyasi_qərar_idi
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının İrana qarşı qəbul etdiyi qətnamə ABŞ və İsrail tərəfindən bu şuraya qəbul etdirilmiş tamamilə siyasi bir qərar olub.
(last modified 2026-09-13T09:54:39+00:00 )
Sen 13, 2026 13:53 Asia/Baku
  • MAQATE Rəhbərlər Şurasının İrana qarşı qətnaməsi tamamilə siyasi qərar idi

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının İrana qarşı qəbul etdiyi qətnamə ABŞ və İsrail tərəfindən bu şuraya qəbul etdirilmiş tamamilə siyasi bir qərar olub.

ParsToday-in məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai Əl-Cəzirə telekanalına müsahibəsində MAQATE-nin İrana qarşı qəbul etdiyi anti-İran qətnaməsinə münasibət bildirərək deyib: Bu, İran tərəfindən qəbuledilməzdir. Onlar hətta İranın nüvə proqramının dinc məqsədlərdən başqa hər hansı məqsədlə istifadə edildiyinə dair bircə dəlil belə tapa bilməyiblər.

 

O, sözlərinə davam edib: Deməli, bu, ABŞ və İsrail tərəfindən MAQATE Rəhbərlər Şurasına qəbul etdirilmiş tamamilə siyasi bir qərar olub.

 

Baqai vurğulayıb: Hazırda biz bu günə qədər davam edən ABŞ-ın hərbi təcavüzünə qarşı özümüzü müdafiə edirik. Onlar indi İrana qarşı dəniz blokadası və iqtisadi müharibədən istifadə edirlər.