Pakistan Ermənistana qeyri-rezident səfir təyin etdi
https://parstoday.ir/azeri/news/world-i14386-pakistan_ermənistana_qeyri_rezident_səfir_təyin_etdi
Pakistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Şəfqət Əli Xan ölkəsinin Ermənistandakı qeyri-rezident səfiri təyin olunub və İrəvanda Ermənistan prezidentinə etimadnaməsini təqdim edib. Bu təyinat iki ölkə arasında ötən il qurulan diplomatik münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
(last modified 2026-09-13T09:41:15+00:00 )
Sen 13, 2026 13:32 Asia/Baku
  • Pakistan Ermənistana qeyri-rezident səfir təyin etdi

Pakistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Şəfqət Əli Xan ölkəsinin Ermənistandakı qeyri-rezident səfiri təyin olunub və İrəvanda Ermənistan prezidentinə etimadnaməsini təqdim edib. Bu təyinat iki ölkə arasında ötən il qurulan diplomatik münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

«Şəfqət Əli Xan» Pakistanın Birləşmiş Ərəb Əmirliklərindəki hazırkı səfiri ölkəsinin İrəvanda qeyri-rezident səfiri təyin olunub.

 

O, dünən İrəvanda Ermənistan prezidenti ilə görüşüb və etimadnaməsini təqdim edib.

 

Pakistan səfirinin Ermənistana təyin olunması ilə iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyur. İki ölkənin xarici işlər nazirləri ötən ilin sentyabr ayının əvvəlində diplomatik münasibətlərin qurulması haqqında saziş imzalamışdılar.

 

Pakistan bundan əvvəl Ermənistanla diplomatik münasibətlərə malik deyildi və daim Qarabağ məsələsində Azərbaycan Respublikasının hökumətinin mövqeyini dəstəkləyib.

 

Pakistan və Ermənistan münasibətlərindəki dəyişiklik ötən il Ağ Evdə Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra baş verib.

 

Pakistan daha əvvəl Ermənistan və Azərbaycan Respublikası arasında sülh sazişinin imzalanmasını alqışlamışdı.

 

Ermənistan və Azərbaycan Respublikası 17 Mordad 1404-cü ildə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən mərasimdə sülh sazişi imzalayıblar.