Azərbaycanda müttəhimin hüquqları addım başı pozulur
İnanclı şəxs Bakıda işgəncəyə məruz qalıb
Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvlərindən Ceyhun Balaşovun işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə onun yaxınları məlumat verib.
Beyləqan sakini Ceyhun Balaşov fevralın 2-dən həbsdədir. Ailə üzvlərinin bildirdiyinə görə, o, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qalıb:
Yaxınları deyir ki, təkidlərdən sonra Ceyhun Balaşovun oğlu ilə görüşməsinə icazə veriblər. Həmin görüşdə dini inanclı fəal işgəncəyə məruz qaldığını söyləyib.
Qeyd olunur ki, dindar müttəhimi günlərlə ac saxlayıblar. O qədər döyüblər ki, indi də bədənində işgəncə izləri qalır. Qolunun ağrısından dayana bilmir. Düşünür ki, qolunu sındırıblar.
Ceyhun Balaşov narkotik maddə əldə etmə, saxlama kimi əməldə ittiham olunur. Lakin onun özü də, yaxınları da bu ittihamı rədd edir.
Yaxınlarının bildirdiyinə görə, oğlu ilə birlikdə işə gedən Ceyhun Balaşovu az sonra mülki geyimli şəxslər gəlib işdən aparıblar.
Hüquq müdafiəçiləri deyirlər ki, ölkədə anti-şiə, Aşura əleyhinə İsrail layihəsi çərçivəsində gerçəkləşən həbslər Müsəlman Birliyi Hərəkatı üzvü olan Ceyhun Balaşovu da günahsız qurbanlar sırasına qoşub.
Hadisə ilə bağlı rəsmi dairələr hər hansı bir mövqe nümayiş etdirməsələr də, hadisə ictimayyət tərəfindən ciddi narahtlıqla qarşılanıb. Vandallıq aktı Müsılman Birliyi Hərəkatı tərəfindən kəskin qınanlıb. Hadisənin hüquqi həlli hərəkat tərəfindən tələb olunur.
Hazırda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın 50-yə qədər üzvü hazırda həbsdədir. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin heç biri ittihamları qəbul etmir, siyasi motivlərlə həbs olunduqlarını deyirlər.