Bakı səhvini düzəltdi - Təhlil
https://parstoday.ir/azeri/news/azerbaijan-i13840-bakı_səhvini_düzəltdi_təhlil
Qaragüruhçu kanalın yayımı AzərSpace-də dayandırıldı
(last modified 2026-03-20T23:32:08+00:00 )
Mart 16, 2026 18:06 Asia/Baku
  • Bakı səhvini düzəltdi - Təhlil

Qaragüruhçu kanalın yayımı AzərSpace-də dayandırıldı

İran İslam Respyblukası Silahlı Qüvvələrinin monaxiyaçı iyrənc İran İnternational kanalının vurulacağını bildirməsindən sonra Azərbaycan Respublikası dərhal sözü güdən televiziya kanalının AzərSpace peyki vasitəsi ilə yayımını dayandırıb. Xatırladaq ki, İran İnternational İsrailin Mossad casusluq təşkilatı tərəfindən maliyyələşdirilir və idarə olunur. Son günlər İsrail və Amerikanın İran xalqına qarşı cinayətlərini artırması üçün koordinator rolunu oynayan və düşmənə bəzi yerlərin koordinatlarını verən kanalın susdurulması İranda artıq əsas tələbə çevrilib. Xüsusilə də Təbriz və Urmiyyədə onlarla mülkinin; o cümlədən uşaqlar və qadınların qətlində bu İsrail kanalının rolu olub. Təəccüblüsü odur ki, bu şantaj kanalı Hotbird kimi Qərb peykləri ilə yanaşı Azərbaycan Respublikasının da AzərSpace peyki vasitəsilə İrana yayılır və cəmiyyətdə bəzən ajiotaj yaradırdı. Bu səbəbdən rəsmi Tehran diplomatik kanallar vasitəsilə Bakıdan İranın həssaslığını nəzərə alaraq, bu məsələdə tədbir görməsini və İran xalqının düşmənlərinə yaradılmış propaqanda imkanını ləğv etməyə çağırmışdı. Lakin bu çağırış keçmişdə əsasən qulaq ardına vurulurdu. Buna mümkün səbəb kimi sionist İsrail rejiminin Bakıya təzyiqlərini göstərmək olar. Belə ki, sionistlər öz monarxiyaçı anti-İran kanalını canla-başla dəstəkləyir və kanalın AzərSpace-dən silinməsinə icazə vermirdi. Hazırda Xatəmülənbiya Qərargahının xəbərdarlıqlarından sonra İran İnternational adlı söyüşçü düşmən kanalının AzərSpace-dən silinməsi şübhəsiz ki, Tehran tərəfindən yüksək qiymətləndiriləcək və iranlılar arasında belə təəssürat yaradacaqdır ki, Azərbaycan dövləti müstəqil siyasət yürütməyə başlayıb və hazırkı münaqişədə təcavüzkar İsrail rejiminin yanında yer almaq istəmir. Həmçinin İranda ümidvarlıq yaranır ki, rəsmi Bakı İran İnternational kanalının ferekansını bağladıqdan sonra digər sahələrdə də İran xalqının düşmənləri ilə məsafə saxlayacaq.