“Ermənistan ərazisində hər hansısa dəhliz fəaliyyət göstərə bilməz”
https://parstoday.ir/azeri/news/azerbaijan-i1296-ermənistan_ərazisində_hər_hansısa_dəhliz_fəaliyyət_göstərə_bilməz
Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində Türkiyə prezidenti Erdoğanın “Zəngəzur dəhlizi” ilə bağlı problemin Ermənistanla deyil, İranla bağlı olduğunu deməsinə münasibət bildirib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyul 26, 2023 09:00 Asia/Baku
  • “Ermənistan ərazisində hər hansısa dəhliz fəaliyyət göstərə bilməz”

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində Türkiyə prezidenti Erdoğanın “Zəngəzur dəhlizi” ilə bağlı problemin Ermənistanla deyil, İranla bağlı olduğunu deməsinə münasibət bildirib.

 

Paşinyan deyib: “Həmin açıqlamadan sonra biz öz mövqeyimizi təkcə tərəfdaş ölkələrlə deyil, Türkiyə ilə də bölüşdük. Ermənistan Respublikasının ərazisində heç bir ölkəyə dəhliz verilməyəcək”. Onun sözlərinə görə, Ermənistan Respublikası son Brüssel görüşündən sonra verilən bəyanatda deyildiyi kimi, ərazi bütövlüyü, suverenlik və yurisdiksiya çərçivəsində fəaliyyət göstərməli olan yolların yenidən açılmasına hazırdır.