Şeyxin açıqlaması onu sürətlə tənqid obyektinə çevirdi
QMİ sədri inanclılara qarşı repressiyanı malalamaqda ittiham olunur
Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanda inanclılara qarşı repressiyanı inkar etməsi onu tənqid obyektinə çevirib.
Sosial media istifadəçiləri yazırlar ki, ölkədə şiəfobiyanın banilərindən və sekulyar şiəliyin təbliğatçılarından biri olan Şeyx 2000 şiənin İrana casusluq kimi saxta ittihamla həbs olunmasını tamamilə inkar edir.
Qeyd olunur ki, bu şeyx bir neçə il əvvəl verdiyi müsahibədə demişdi ki, mən 33 ildir Şeyxülislamam, amma hələ də vicdanın nə olduğunu bilmirəm.
Operativtv portalı isə yazır: “Şeyx zamanında İranla bağlı dediyi fikirlərə - əlbəttə müsbət düşüncələrə - görə həmişə narahatdır. O “xüsusi büdcənin” doldurulmasına yönəlik “çırpılma” planından xəbərdar adam kimi bu gün üçün qüsurlu görünən, o dövrün fikirləri üçün kampesasiya ödəmək təhlükəsi altında olduğunu çox yaxşı bilir. Axı gözü önündə neçə-neçə silkələnərək var yoxu alınmış məmurların acı nəticəsini unutmuş deyil. Buna görə də Şeyx, hətta suyun belə üfürülməsi metoduna riayət edib birbaşa medianın hədəfindən hər vəchlə yayınır. İnanclıların həbs olunması ilə bağlı fikirlərə cavab verməkdən qaçmağa çalışan Şeyxin bu sırada çoxsaylı jurnalist ordusuna tuş gəlməsi onun mövcud addımına səbəb oldu. Stat: “Heç bir şiəyə Azərbaycanda repressiya yoxdur, bunların hamısı şayiədir”.
Xəbər portalı sonra bildirir: “Şeyxin öz vəzifəsində qalaraq bütün yığdıqlarını “xüsusi büdcə”yə təhvil vermə qorxusu artıq uzun zamandır ki, onun həyatının kabusudur. Hər zəng, hər qapı döyülməsi Şeyxin ağrı və acısıdır. Belə bir durumda olması elə müsahibə verdiyi videoda da aydın görünür. İndi siz deyirsiz ki, Şeyx başqa nəsə demək qədər cürət nümayiş etdirə bilərdi?!
Qeyd edək ki, Allahşükür Paşazadə Azərbaycanda inanclı şəxslər üçün hər bir şərait olduğunu desə də, hüquq müdafiəçiləri son aylarda yüzlərlə şiə məzhəbli şəxsin şərlənərək həbs olunduğunu deyir.