İranın yol və şəhərsalma naziri Azərbaycanda səfərdədir
https://parstoday.ir/azeri/news/azerbaijan-i13744-İranın_yol_və_şəhərsalma_naziri_azərbaycanda_səfərdədir
Yol və Şəhərsalma naziri bazar günü axşamı İran və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak etmək üçün Bakıya yola düşüb.
(last modified 2026-02-23T05:16:40+00:00 )
Fev 23, 2026 09:16 Asia/Baku
  • İranın yol və şəhərsalma naziri Azərbaycanda səfərdədir

Yol və Şəhərsalma naziri bazar günü axşamı İran və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak etmək üçün Bakıya yola düşüb.

İran Islam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya səfər edib.

 Bu barədə İRİB  Xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, naziri Bakıda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, eləcə də İranın Azərbaycandakı səfiri qarşılayıb.

Qeyd olunub ki, nazir İran və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak edəcək.

Bununla yanaşı, onun Azərbaycannın yüksək səviyyəli siyasi və iqtisadi rəsmiləri ilə bir sıra görüşlər keçirməsi planlaşdırılır.

"Bu səfərin gündəliyinə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrin aradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəni əməkdaşlıq sahələri başda olmaqla, birgə iqtisadi layihələrin icrasının sürətləndirilməsi məsələləri daxildir", - Məlumatda vurğulanıb.

Qeyd edək ki, iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclası 23 və 24 fevral 2026-ci il tarixlərində Bakıda keçiriləcək və iclasa İran tərəfindən Fərzanə Sadeq və Azərbaycan Respublikasından Baş nazirin müavini Şahin Mustafayev sədrlik edəcək.