Nazir Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənildiyini deyib
https://parstoday.ir/azeri/news/azerbaijan-i13914-nazir_azərbaycan_ermənistan_normallaşma_prosesində_bir_sıra_əlavə_irəliləyişlər_gözlənildiyini_deyib
Azərbaycan Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələrinin açılması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirir.
(last modified 2026-08-04T14:49:26+00:00 )
Avq 04, 2026 18:43 Asia/Baku
  • Nazir Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənildiyini deyib

Azərbaycan Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələrinin açılması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirir.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə birgə mətbuat konfransında deyib.

Nazir deyib ki, Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənilir 

Ceyhun Bayramov bildirib ki, Ermənistan-Azərbaycan normallaşma prosesi çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində işlər davam edir.

"Gözləntimiz ondan ibarətdir ki, hazırlıq mərhələsi başa çatdıqdan sonra Ermənistanda artıq tikinti işlərinə başlanılsın. Azərbaycan öz üzərinə düşən işləri böyük ölçüdə yerinə yetirib", – deyə Ceyhun Bayramov bildirib.