Pezeşkianın Azərbaycanı təqdir etməsinə Bakıdan cavab gəldi
Əliyev: Müharibədə İran xalqının yanında olduq
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan ABŞ və sionist İsrailin ölkədə xaos yaratmaq planlarının fiaskoya uğradığını bildirərək, müharibə dövründə Azərbaycanın Tehrana göstərdiyi dəstəyi və logistik imkanları xüsusi vurğulayıb. Prezident İlham Əliyev isə Pezeşkiyanın Azərbaycanla bağlı xoş sözlərinə görə təşəkkür edib.Bu məlumata əsasən, İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan ölkəsinə qarşı tətbiq edilən blokada şəraitində regional diplomatiyanın və qonşu ölkələrin rolunun vacibliyini vurğulayıb.Pezeşkiyan xüsusilə Azərbaycanın müharibə zamanı İrana göstərdiyi dəstəyə diqqət çəkib. O bildirib ki, Bakı ilə aparılan telefon danışığından sonra Azərbaycanın İran üçün bir sıra mühüm imkanları bərpa edilib:“Azərbaycan bütün yolları, bankımızı bağlamışdı... Telefonla danışdıq, iki saat ərzində yenidən açdı. Bank da açıldı, səfirlik də açıldı, yol da açıldı. Müharibə zamanı bizə kömək etdilər, oradan çoxlu yolları — istər Rusiya ilə, istər öz yolunu açdı, nə lazımdırsa yardım göstərdilər, bizimlə əməkdaşlıq etdilər”, - deyə Pezeşkiyan qeyd edib. .Prezident İlham Əliyev isə Pezeşkiyanın Azərbaycanla bağlı fikirlərinə münasibət bildirərək ona təşəkkür edib. Sitat: “Cənab Prezident Məsud Pezeşkiyan, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi” - Sitatın sonu.