“LAÇIN” yazısının tikintisi üçün dövlət büdcəsindən 489 667 manat xərclənməsi planlaşdırılır.
https://parstoday.ir/azeri/news/azerbaijan-i13996-laÇin_yazısının_tikintisi_üçün_dövlət_büdcəsindən_489_667_manat_xərclənməsi_planlaşdırılır.
Sadə hesablama ilə bu, hər hərfə təxminən 98 min manat deməkdir
(last modified 2026-08-22T05:17:36+00:00 )
Avq 16, 2026 14:48 Asia/Baku
  • “LAÇIN” yazısının tikintisi üçün dövlət büdcəsindən 489 667 manat xərclənməsi planlaşdırılır.

Sadə hesablama ilə bu, hər hərfə təxminən 98 min manat deməkdir

Laçın şəhərində “LAÇIN” yazısının tikintisi üçün dövlət büdcəsindən 489 667 manat xərclənməsi planlaşdırılır.

Sadə hesablama ilə bu, hər hərfə təxminən 98 min manat deməkdir.

Tender sənədlərində işlər “konstruksiyaların polad quraşdırılması” kimi göstərilir və torpağın qazılması, qruntun daşınması, texnikadan istifadə kimi tikinti işlərini də əhatə edir.

Eyni zamanda, İkinci Qarabağ müharibəsi iştirakçılarına verilən aylıq Prezident təqaüdü 80 manatdır.

2026-cı ildə bu təqaüdü 182 961 veteran alır.