Azərbaycan səfirliyinə hücumun aspektləri araşdırılıb
https://parstoday.ir/azeri/news/azerbaijan-i1548-azərbaycan_səfirliyinə_hücumun_aspektləri_araşdırılıb
Baş prokurorun siyasi və təhlükəsizlik məsələlər üzrə müavini iki ölkə arasında məhkəmə-hüquq əməkdaşlığının inkişafı məqsədi ilə həyata keçirilən Azərbaycan Respublikasına səfəri zamanı cari il yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı acı hadisə işinin müxtəlif aspektlərini müzakirə ediblər.
(last modified 2023-08-09T06:55:23+00:00 )
Avq 09, 2023 10:52 Asia/Baku
  • Azərbaycan səfirliyinə hücumun aspektləri araşdırılıb

Baş prokurorun siyasi və təhlükəsizlik məsələlər üzrə müavini iki ölkə arasında məhkəmə-hüquq əməkdaşlığının inkişafı məqsədi ilə həyata keçirilən Azərbaycan Respublikasına səfəri zamanı cari il yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı acı hadisə işinin müxtəlif aspektlərini müzakirə ediblər.

 

İRNA-nın Məhkəmə Sistemi və İnsan Haqları Qərargahının beynəlxalq məsələlər bölməsinə istinadən verdiyi məlumata görə, Məhdi Əmiri İsfahani Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə görüşdə İran İslam Respublikası və Azərbaycan Respublikası arasında məhkəmə əməkdaşlığının davam etdirilməsi ilə yanaşı iki ölkənin məhkəmə-hüquqi əməkdaşlığı, xüsusilə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı işin müxtəlif aspektləri müzakirə olunub.

Məhkəmə-hüquq məsləhətləşmələrinin ikinci raundu şəklində həyata keçirilən bu səfərdə tərəflər ikitərəfli əməkdaşlığın gücləndirilməsini və münasibətlərdəki məsələləri, ikitərəfli sazişlərdən, habelə daxili qanun və qaydalardan irəli gələn beynəlxalq öhdəlikləri vurğulayıblar.

Bu istiqamətdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyində baş vermiş xoşagəlməz hadisənin hüquqi və məhkəmə tərəfləri müzakirə edilib, fikir mübadiləsi aparılıb.