Bu ilin sonuna kimi 5 min çinli turist Ərdəbilə səfər edəcək
Ərdəbil Əyaləti Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin baş direktoru Ərdəbil əyaləti ilə Çinin Çinxay vilayəti arasında üç əməkdaşlıq sazişinin bağlandığını açıqlayaraq deyib: “Memorandumlardan birinə görə, bu ilin sonuna kimi beş min çinli turist Ərdəbil əyalətinə səfər edəcək.”
İRNA-nın məlumatına görə, Həsən Məhəmmədi Ədib çərşənbə günü Jurnalistlər Günü münasibətilə Ərdəbildə İslam Respublikası Xəbər Agentliyini (İRNA) ziyarət edərkən deyib: “Bu şəhəri cari il İƏT-ə üzv ölkələrin turizm paytaxtı kimi tanıdan “Ərdəbil 2023” tədbirinin uğurlarından biri də İran və Çin arasında üç əməkdaşlıq sazişinin bağlanması oldu. Bu saziş Tasua günündən əvvəl Tehranda iki ölkənin müvafiq rəsmilərinin iştirakı ilə imzalandı. Ərdəbilin Çinxay əyalətinin paytaxtı ilə qardaşlaşması şəhər idarəçiliyi və turizm sahəsində bağlanan bu memorandumun bəndlərindən biri idi. Bu əməkdaşlıqların davamında biz bu ilin sonuna kimi beş min çinli turistin Ərdəbilə səfər etməsi üçün zəmin yaratmağa çalışırıq.”
Ərdəbil Əyaləti Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin baş direktoru əlavə edib: “Təbii ki, bizim təklifimiz Ərdəbil əyalətinə 10 min çinli turistin səfər etməsi idi, lakin qarşı ölkənin müvafiq qurumları 5 min turistin bu əyalətə səfər etməsinə razılıq verdi.”
Məhəmmədi Ədib qeyd edib ki, ötən aylarda “Ərdəbil 2023” tədbirlərini keçirdikdən sonra hər gün Ərdəbil vilayətində Çindən turistlərin olduğunun şahidiyik. Bunu da vurğulayım ki, çinli turistlər Ərdəbildə qalmırlar, halbuki, Çin tərəfi ilə imzalanmış memoranduma əsasən, çinli turistlər əyalətdə ən azı üç gün qalacaqlar.