Azərbaycanda zəlzələ olub
https://parstoday.ir/azeri/news/azerbaijan-i1748-azərbaycanda_zəlzələ_olub
Yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.
(last modified 2023-08-23T07:22:31+00:00 )
Avq 23, 2023 10:31 Asia/Baku
  • Azərbaycanda zəlzələ olub

Yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.

 

Tehran Universitetinin Geofizika institunun Seysmoloji mərkəzinin bildirdiyinə görə, koordinasiya edilmiş ümumdünya vaxtı(UTC) ilə 22 avqust saat 21:23:54-də Bakı vaxtı ilə isə saat 23 avqust saat 01:23-də  baş verən zəlzələnin ocağı 23 km dərinlikdə olub.

Tehran Universitetinin Seysmoloji mərkəzinin məlumatında bildirilir ki, zəlzələnin ocağı Nərimanabaddan 2 km, Limandan 5 km və Lənkərandan 14 kilometr məsafədə yerləşir.

Azərbaycan Respublikası mediyalarının məlumatına görə təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda, Lerikdə hiss edilib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Turan xəbər agentliyi Qeyri-rəsmi mənbələrə istinadla bildirib ki, xəsarət alan yoxdur ancaq bəzi təsərrüfat tikililərinə və yaşayış evlərinə  ziyan dəyib.